Təzyiq dərmanının tərkibində təhlükəli maddə aşkarlandı

Təzyiq dərmanının tərkibində təhlükəli maddə aşkarlandıABŞ-da yüksək qan təzyiqinin müalicəsində istifadə olunan "Ziac" adlı dərmanla bağlı geniş miqyaslı geri çağırma prosesi başlayıb.
Milli.Az xəbər verir ki, Qida və Dərman Administrasiyası (FDA) bildirir ki, adi laboratoriya testləri zamanı preparatın tərkibində ona məxsus olmayan başqa bir aktiv maddənin izləri aşkar edildiyi üçün 11 minə yaxın şüşə dərman apteklərdən geri toplanır.
FDA-nın məlumatına görə, tərkibində bisoprolol fumarat və hidroxlortiazid olan "Ziac" dərmanının bəzi partiyalarında xolesterolu salmaq üçün istifadə edilən ezetimib maddəsinin qalıqları aşkarlanıb. Bu maddə preparatın rəsmi formulunda yer almır və istehsal prosesi zamanı baş verən çarpaz çirklənmə ehtimal edilir.
Araşdırmalar göstərir ki, həm "Ziac", həm də ezetimib ehtiva edən digər dərmanlar Nyu-Cersi ştatındakı Glenmark Pharmaceuticals zavodunda eyni istehsal sahəsində emal edilib. Bu da maddələrin qarışması riskini artırıb. Şirkət vəziyyəti aşkar etdikdən sonra FDA-ya məlumat verib və könüllü olaraq geri çağırmanı başladıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1090   Tarix: 14 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

turlar.az

hamilelikde qidalanma geyim seçimi gozel gorunmek cins şalvar ilk tibbi yardim kompot kesmikli koke kosmetika veten haqqinda bayatilar hesaplama burclerin uyumu vicdan veten haqqinda bayati