Tibbi maskadan düzgün istifadənin yolları açıqlandı
Tibbi maska rəngindən asılı olmayaraq, təlimatlara uyğun taxılmalıdır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi nəzdindəki ictimai şura üzvü, zdorovie.ru onlayn platformasının qurucusu Erik Brovko danışıb.
"Steril olan tərəfi üzə qoyuruq, üz tərəfi isə çölə baxmalıdır. Bu, ümumiyyətlə maskanın ümumi görünüşünə əsasən kifayət qədər başa düşüləndir", - deyə ekspert vurğulayıb.
Brovko fərdi qoruyucu vasitələri daim dəyişdirməyə və istifadədən sonra onu atmağa çağırıb.
O, birdəfəlik olmayan maskanın yenidən istifadə edilməzdən əvvəl mütəmadi olaraq yuyulmalı olduğunu vurğulayıb.
Mütəxəssis, maskanı ayrı bir cibdə saxlamağı və ya bunun üçün xüsusi kiçik bir paketin ayrılmasını da tövsiyə edib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir