Toy gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar?
Bu məsələdə bir qadın üçün qüsur və nöqsan hesab edilən şeylər bunlardır:
Qadının cinsiyyət orqanında cinsi əlaqəyə mane olan sümük, ət parçası yaxud da qabaq hissə ilə arxa hissə arasındakı pərdənin yırtıq olması.
Əgər kişi belə bir şikayətlə məhkəməyə müraciət etsə, məhkəmə işi müəyyən qaydalar daxilində normal şəkildə aparılır və lazım gəlsə, kəbin ləğv edilir. Qızlıq pərdəsinin olmaması bu nöqsanlardan deyil. Başqa sözlə, qızlıq pərdəsinin olmadığını səbəb göstərib kəbinin ləğv edilməsini tələb etmək olmaz.
Xanim.az muselmanlar.com-a istinadən bildirir ki, bəkarət nə qədər mühüm olsa da, nəzərə almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər. Əksi sübut olunanadək bir insanın təqsirli bilinməməsi prinsipi mütləq və qaçınılmaz bir prinsip olduğuna görə bu məsələdə qızlıq pərdəsinin bu cür səbəblərdən cırıldığını güman edib vəziyyəti qadının lehinə qiymətləndirmək lazımdır. Qadından heç kim (hətta əri, məhkəmə heyəti yaxud da başqa bir şəxs) niyə bakirə olmadığını və ya qızlıq pərdəsinin niyə cırıldığını soruşa bilməz. Heç kimə belə bir səlahiyyət və haqq-hüquq verilməyib.
Əgər bir şəxs hər hansı bir qızla həmin qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək onunla evlənsə və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız əvvəlcədən aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna hüququ çatır.
Qızın bakirə olub olmadığını ancaq və ancaq aşağıdakı hallarda yoxlamaq olar:
Qız/qadın ərinin onunla cinsi əlaqəyə girmədiyini iddia edərək ondan boşanmaq istədiyini bildirsə və bu tələblə məhkəməyə müraciət etsə, hakim vəziyyəti qəymətləndirməlidir. Əgər kişi müalicə edilə bilərsə, məhkəmə heyəti ona müalicə üçün 1 il möhlət (vaxt) verməli və müalicə edilməli olduğuna dair xəbərdarlıq etməlidir. Bu müddət başa çatdıqdan sonra qadın ərinin hələ də onunla cinsi əlaqəyə girmədiyini (girə bilmədiyini) bildirsə və kişi buna etiraz etsə, vəziyyətə baxılmalı və qadının bakirə olub-olmadığı yoxlanılmalıdır. Bu yoxlama qadının tələbini nəzərə alıb boşanma qərarı vermək üçün aparılır.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir