"Toya 20 minə gedirəm, 200 minlik maşın sürürəm" (VİDEO)

"Toya 20 minə gedirəm, 200 minlik maşın sürürəm" (VİDEO)"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı tanınmış müğənni Abdul Xalid olub.

Hər zaman qalmaqallardan uzaq olan sənətçi, bu dəfə əyri oturub düz danışmaqla çoxlarına yerini göstərib.

Müğənni son vaxtlar instaqramın canlı yayım funksiyasından qaçan müğənnilər barəsində danışaraq, bəzi reallıqlara aydınlıq gətirib:

"Bu gün ifaçılar "İnstaqram"ın canlı yayımından qaçırlar. Çünki həmin vaxt saxtalıq üzə çıxır. Müğənnini 200 min adam izləyir, ancaq 20 nəfər canlı yayımdadı. Şükürlər olsun ki, mən heç nədən qaçmıram. Nəyim var, hamısı özüm kimi təbiidir".

Daha sonra Abdul Xalid rus dilində mahnı oxuyub fanatlarının ixtiyarına verdiyindən söz açıb:

"Bizim ailədə bacım, qardaşım rus dilində təhsil alıblar. Ancaq mənim rus dilinə həvəsim olmayıb. Çox gözəl başa düşürəm, ancaq danışmağa həvəsim yoxdur. Bu mahnını oxuyanda ətrafımdakılar dedi ki, bəlkə, rus dilində oxumayasan. Aksent özünü göstərəcək. Mən də tərsliyimə salıb dedim ki, oxuyacam. Oxudum da".

Müğənni rus dilində mahnı oxumaq bir yana, bəzi həmkarlarının heç öz dilimizdə mahnı oxuya bilmədiklərini də vurğulayıb:

"İfaçılar var ki, öz dilimizdə aksentlə oxuyurlar. Cümləni düz oxuya bilmirlər. Onda deyək ki, onlar oxumasınlar? Yenə də oxuyurlar axı. İfaçılar var ki, "c" hərfini belə düzgün tələffüz edə bilmirlər. Qəbul edirik. Çünki məcburuq".

Sənətçi kimdən söz açdığını deməsə də, həmin insanı gözü götürmədiyini bildirib:

"Özümüzü gic yerinə qoymayaq. Guya bu, kapriz göstərir. Guya bunun başı dumanlıdır. Bunun problemi var. Hamının problemi var. Heç kəsin haqqı yoxdur ki, gəlib bəhanə edib desin ki, əsəbiyəm filan. Əsəbisən evdə, özündə maşında. Qarşındakına əsəbin aidiyyatı yoxdur.

Həqiqətən, elə oldu ki, o insan məni yola verdi. Onun beş qatını da qaytardım. Bilirsiz, hər kəs yerini bilməlidir.

O insanın problemi özündədir. Hansısa bahalı maşından düşür, kimsə bunu tənətənəli qarşılayırsa, nolsun ey. Nəticə etibarilə bir dəfə oxuyanda gözü camaatda qaldı ki, gəlin kömək eləyin mənə oxumağa. İnsanlar hamısı dedi ki, saxla.
Yalandan mən toya 20 minə gedirəm, 200 minlik maşın sürürəm. Allah min xeyirini versin. Sadəcə olaraq, o, iş deyil. Oxumaq qışqırmaq deyil. Ümumiyyətlə, insanın mədəniyyəti varsa, onun ifası da mədəni olacaq".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 1568   Tarix: 15 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

turlar.az

geyim seçimi geyim şəkilləri toy makiyaji sekilleri qadın və cəmiyyət ancelinacoli badimcan salati hamiləlik dövrü kosmetika bir arzum var hakiwda nagillar banan azerbaycanli is adami amerikada gullelendi