Toyuğun döş ətindən sobada qat-qat
Ərzaqlar:
300-400 q toyuğun döş əti
5 ədəd pomidor
4-5 ədəd kartof
3 x.q mayonez
3-4 x.q bitki yağı
1 ç.q sarıkök
150 q pendir
Zövqə görə duz və istiot
Hazırlanması:
Döş ətini xırda doğrayırıq.
Doğranmış döş ətinə duz istiot və sarıkök vurub qarışdırırıq.
Kartofu halqa doğrayırıq.
Doğranmış kartofa duz, istiot və sarıkök vurub qarışdırırıq.
Pomidorların qabığını soyub halqa doğrayırıq.
Pendiri sürtgəcdən keçiririk.
Tavaya yağ vurub, kartof halqalarının yarısını düzürük və mayonezləyirik. Kartof halqası tavanın dibini örtməlidir.
Döş ətini kartofun üstündən düzüb mayonezləyirik.
Döş ətinin üstünə pomidor halqalarını düzürük və az mayonezləyirik.
Qalan kartofu pomidorun üstünə düzürük və üstünü mayonezləyirik.
200 dərəcədə qızdırılmış sobada üzü qızarana qədər bişiririk.
Sonra sobadan çıxarıb üstünə pendiri səpib yenə sobaya qoyuruq
Pendir qızılı rəng olanda götürürük.
Nuş olsun!









Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Enerjini azaldan gündəlik səhvlər
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Zaur Kamalın səhhətində problem yarandı