"Toyunda "Vağzalı" əvəzinə bu havaya oynamışdı..." - Şəhidimizin toy VİDEOSU ÜRƏK PARÇALADI
Toyunda özünə şəhid ölümü arzulayan yeganə hərbçi idi bəlkə. 3 rəngli Azərbaycan bayrağına bükülü tabutla, şəhid kimi dönmək arzusunu özü diləmişdi özünə. Qorxmadan, ölümün gözünə dik baxaraq, içindəki qorxunu didib dağıdaraq. Toyunu aparan müğənniyə də bir neçə dəfə "Vətən oğlu" mahnısını sifariş vermişdi-mən bu mahnıdan doymuram demişdi. "Vağzalı" əvəzinə bu havaya qol götürüb oynamışdı. Kim bilir, bəlkə də, alnına şəhid ölümünün yazıldığı elə o vaxt əyan imiş ona-elimin mərd, cəsur oğlu Pəncəli Teymurova.
Bu gün doğulduğu obada, Astara rayonunun Əzərud kəndində maraqlı, mənalı, şərəfli hərbçi,i nsan ömrü yaşayan Pəncəli Teymurovun xatirəsi onu sevənlər tərəfindən yad edilib. Onu yad etməyə gələnlər arasında icra rəsmisi də vardı, az yaşlı məktəbli də. Özündən sonra övlad yadigarı qalmasa da, şucaəti, igidliyi qaldı-ata-anasına,d oğmalarına təsəlli olan da Pəncəliyə olan tükənməz el sevgisidir.
Qeyd edək ki, P. Teymurov 1999-cu ildə hərbi xidmətə yola düşüb və könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat qrupuna yazılaraq Bakıda gizir məktəbini bitirib. Daha sonra Türkiyənin xüsusi kəşfiyyat məktəblərində təlim keçib. Hərbi xidmət müddətində bir sıra ali döyüş mükafatlarına layiq görülüb.
Rahat yat,Vətən oğlu.Bu Vətən var olduqca sən də varsan,könüllərdə yaşayarsan!"Vağzalı"-nı döyüş marşına dəyişən oğullar-Vətən sizinlə güclüdür!
mənbə: istipress
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam' - Əməkdar artist
Bütün mahnılarım tarixdə qalıb, 30 ildir oxuyurlar' - Rəqsanə
Xadiməsi dünya ulduzunu məhkəməyə verdi - SƏBƏB
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO