Toyuq ətini yuyub bişirmək təhlükəlidir – Alimlərdən qərar
ABŞ Kənd təsərrüfatı nazirliyi Şimali Karolina universiteti ilə birgə eksperiment aparıb.
Bakupost.az xəbər verir ki, onlar toyuq ətinin bişirilməzdən əvvək yuyulmasının riskli olduğu nəticəsinə gəlib.
Nəyə görə toyuğu yumaq olmaz?
Bu onunla elmi izah olunur ki, çiy quş ətində salmonella, kampilobakteri və klostridiya ola bilər.
Bu mikroblar yalnız qaynar suda müəyyən temperaturda bişdikdə məhv olur.
Çiy quş ətini qaynatmadan öncə kran altında, başqa qablarda, yalın əllə yumaq əksinə o bakteriyaları ətrafa sıçradır.
Beləliklə, ikincili qida çirklənməsi və zəhərlənməsi baş verə bilər.
Hətta toyuğu yuduqdan sonra ən ciddi təmizlik, dezinfeksiya belə o mikroorqanizmləri aradan aparmır.
Təcrübədə 300 könüllü toyuq budundan yemək hazırlayıb.
Onlar 2 qrupa bölünüb. Biri quş ətini təhlükəsiz şəkildə, qaydalara əməl etməklə hazırlayıb, digəri isə özləri bildikləri şəkildə, əti yuyaraq bişirib.
Nəticədə toyuğu yuyaraq hazırlayan iştirakçıların həmin mətbəxdə hazırladığı salatfa bakteriyalar aşkarlanıb.
Bakteriyalar həm mətbəx taxtasına, həm digər tərəvəzlərə sıçrayır.
Eləcə də toyuğu yuyarkən su ilə insan bədəninə hopur.
Qida təhlükəsizliyini qorumaq üçün istənilən quş ətini yumadan qazanda isti suda bir az bişirib, sonradan o suyu süzüb, yeməyi hazırlayın.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi