Tualetdə telefon istifadə edənlərə PİS XƏBƏR: Bakteriya və viruslarla yaşayırsınız

Tualetdə telefon istifadə edənlərə PİS XƏBƏR: Bakteriya və viruslarla yaşayırsınızİngiltərədə bütün həyatımızın mərkəzində olan cib telefonları üzərində aparılan araşdırma, telefonların tualetdən 18 qat daha çox bakteriya ehtiva etdiyini ortaya çıxarıb. Üstəlik, ictimai nəqliyyatda, yemək süfrəsində, əlimizdən yerə qoymadığımız mobil telefonlar ciddi infeksiyalara səbəb olur. Türkiyəli Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi prof. Dr. A. Çağrı Büke bununla bağlı maraqlı açıqlama verib.
Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, statistikaya əsasən, dünya əhalisinin 90 faizindən çoxunun mobil telefonu var. Az qala bədənimizin bir hissəsinə çevrilmiş telefonlarımızı yataqda, yemək süfrəsində, hətta tualetdə əlimizdən qoymuruq. Mütəxəssislər bildirirlər ki, bizim vazkeçilməz parçamız olan cib telefonları mikroblar üçün çox böyük sığınacaq yaradır. Tədqiqatçılar mikroblar üçün uyğun bir çoxalma yeri olaraq görülən tualetlərdə telefonların istifadəsinin inanılmaz zərəri olduğunu söyləyirlər. Cib telefonlarının təhülkəsindən danışılarkən, adətən maşın sürərkən istifadə edilməsinin həyati təhlükəli olduğu deyilir, amma mikrob və bakteriyaların səbəb ola biləcəyi infeksiya riskinin yaratdığı problemlər diqqətdən kənarda qalır. Telefonlarda tualetdən 18 dəfə çox bakteriya var. Bu da insanların sağlamlığını ciddi şəkildə riskə ata bilər.
Mütəxəssis qeyd edib ki, insanın bağırsağında çoxlu bakteriyalar mövcuddur. Bağırsaq infeksiyası hallarında müxtəlif bakteriyalar, viruslar və parazitlər ishalın inkişafına səbəb olur. Mikroorqanizmlər nəcislə xarici mühitə yayılır. Telefonlar gündəlik həyatımızda ən çox istifadə etdiyimiz cihazlardır. Son araşdırmalar insanların çoxunun tualetdə cib telefonlarından istifadə etdiyini üzə çıxarıb. Bu o deməkdir ki, telefonlar bakteriyalar üçün çoxalma yeridir.
Bir insanın gündə yüzlərlə dəfə cib telefonuna toxunduğu ehtiaml edilir. Tualetdən istifadə etdikdən, yemək bişirdikdən, təmizlikdən, yeməkdən sonra və alış-verişdən sonra müntəzəm olaraq əllərimizi yuyuruq, amma telefonu əlimizə aldıqdan sonra bunu etmirik. Hətta telefonla yatıb-dururuq, yemək yeyirik. Cib telefonları ilə hər təmasdan sonra əllərimizi yumalıyıq, çünki əllərimiz mobil telefondan çirklənir.
TELEFON SƏTHİNDƏKİ MİKROORQANİZMLƏR HANSI XƏSTƏLİKLƏRİ SƏBƏB EDİR?
Telefonlardakı bakteriyaların müxtəlif növ göbələk və parazitlər ola bilər.
"Escherichia coli, Citrobacter, Proteus, Klebsiella, Pseudomonas, Enterococcus, Staphylococcus və Streptococcus kimi mikroorqanizm növlərinə tez-tez rast gəlinən bakteriyalardır. Çirklənmiş əllərin üz, göz, ağız, burun, zədələnmiş dəri ilə təması nəticəsində bu bakteriyalar müxtəlif yollarla orqanizmə daxil olaraq infeksion xəstəliklərdən tutmuş, toxuma və orqanlarda problem yarada bilir. Başqa bir risk, belə bakteriyaların əhəmiyyətli bir hissəsinin bir çox antibiotiklərə davamlı olmasıdır. Yəni sözügedən bakteriya ilə yoluxucu xəstəlik yarandıqda müalicədə çətinliklər yaşamaq mümkün olur", -deyə professor qeyd edib.
2019-cu ildə Böyük Britaniyada keçirilən sorğu nəticəsində məlum olub ki, insanların çoxu tualetdə telefondan istifadə etmək vərdişinə malikdir. Mütəxəssislər telefon səthlərinin tualet oturacaqlarından daha çirkli ola biləcəyinə və ciddi bakteriya yuvasına çevrilmiş cihazlardan istifadəçilərin istifadə etmə ehtimalının müxtəlif təhlükələri də gətirəcəyinə diqqət çəkiblər.
Surrey Universitetində molekulyar biologiya üzrə baş müəllim Dr. Simon Park tələbələrlə birlikdə nümunə telefon səthlərində mikrob infeksiyası risklərini araşdırarkən bildirib ki, telefonun bütün səthində bakteriyalar var idi. Bu torpaq əsaslı bakteriyalar bizə telefon istifadəçisinin yerlə təmasda olduğunu göstərir. Bir sözlə, telefonlar təkcə kontaktları və şəxsi məlumatları deyil, həm də bakteriya tarixini də özündə daşıyır.
Cib telefonlarının səthində təkcə bakteriyaların deyil, virusların da yaşaya bildiyini vurğulayan mütəxəssislər insanlara müntəzəm olaraq telefonların təmizlənməsini tövsiyə edirlər.
Mütəxəssislər telefonların kənarındakı sərt plastik qabların nə qədər uzun müddət bakteriya saxladığını anlamaq üçün bir sıra araşdırmalar da aparıblar. Müvafiq olaraq, virusların plastik qoruyucu qablarda bir həftəyə qədər yaşaya biləcəyi ortaya çıxıb. Bununla belə, ciddi tənəffüs yolu və bağırsaq infeksiyalarına səbəb ola bilən Covid-19, körpə və azyaşlı uşaqları təsir edən çox yoluxucu bir Bakteriya olan rotavirus və norovirus kimi viruslar plastik qablarda bir neçə gün yoluxucu formada qala bilir.
TELEFONLARI NECƏ TƏMİZLƏMƏLİ?
Bakteriyalardan özünüzü qorumaq üçün həm mobil telefonları təmizləməli, həm də hər təmasdan sonra əllərinizi yumalısınız. Tərkibində 70 faiz spirt olan salfetlərlə silmək cib telefonlarını təmizləmək üçün bir üsul ola bilər. Bu salfetlərdən başqa, təmiz kağız dəsmalı 70 faiz spirt olan dezinfeksiyaedici ilə islatdıqdan sonra əllə təmasda olan mobil telefonların bütün səthlərinin silinməsi çox vacibdir. Bu prosedurlardan sonra əllər sabun və su ilə yuyulmalı və ya təmizlənməlidir. Cib telefonlarının gündə ən azı bir dəfə təmizlənməsi məsləhətdir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1230   Tarix: 11 sentyabr 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari toy makiyaji sekilleri cinsi xəstəliklər saçlara qulluq ayaqqabı bagirsaqlari temizlemek ucun kosmetika ikizler veten haqqinda bayati burclerin uyumu hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz novruz hakisdalari