Tünlük olan məkanlarda maskasız gəzmək yolverilməzdir

Tünlük olan məkanlarda maskasız gəzmək yolverilməzdirYeni növ koronavirus (COVID-19) infeksiyasının artım sürəti ən çox narahatlıq doğuran hallardan biridir. Xəstəliyin yayılma sürəti, qriplə oxşar əlamətləri və infeksiyadan qorunma üsulları indi hər kəsi düşündürür.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının poliklinika şöbəsinin müdiri Səadət Aşurova bu barədə deyib: "İstər qripin, istərsə də koronavirusun əsas artımı mövsümü səbəblərlə əlaqədardır. Çünki biz elə iqlim şəraitində yaşayırıq ki, demək olar ki, payız mövsümü çox az davam edir və hətta çox vaxt yaydan birbaşa qış mövsümünə keçirik. Buna uyğun olaraq birbaşa yüngül yay paltarlarını qalın qış geyimləri əvəz edir. Havanın istidən soyuğa dəyişməsi, tərləmə nəticəsində qrip xəstəliyi yarana bilir. Ancaq koronavirusun artmasının səbəbi ictimai nəqliyyatda, park və xiyabanlarda insan sayının çoxluğudur. Həftənin şənbə və bazar günləri ictimai nəqliyyat işləmir, bu, heç də nəqliyyatın işinə fasilə vermək və nəqliyyatın istirahəti üçün deyil, əksinə, adamların evdən bayıra çıxmamaları, mümkün qədər az çıxmaları üçündür. Lakin nə görürük? Şənbə-bazar günləri insanlar daha çox görüşürlər, maska taxmadan parklara çıxır, sosial məsafəni gözləmir, təmaslardan çəkinmirlər. Maskanı heç də bütün gün taxmaqdan söhbət getmir, əgər böyük bir xiyabanda açıq havada insan sayı o qədər çox deyilsə, ara məsafəsi uzaqdırsa, təbii ki, maska taxmağa o qədər də ehtiyac yoxdur. Lakin şəhər mərkəzində, marketlərdə, tünlük olan məkanlarda maskasız gəzmək yolverilməzdir. Təəssüf ki, maska taxmaq qaydasına da heç də ciddi şəkildə əməl edilmir. İlin bu fəslində digər vaxtlara nisbətən orqanizmdə də immunitetin səviyyəsi aşağı düşür. Bütün bunlar üst-üstə gələndə isə yoluxma sayının artmasına gətirib çıxarır".
Həkim onu da qeyd edib ki, qrip xəstəliyi də koronavirusun bir növüdür. Doğrudur, qrip koronavirus kimi öldürücü olmasa da, ona yoluxma zamanı da təcrid prinsipləri qüvvədə qalır. Qripə yoluxma zamanı da xəstəliyin ailə üzvlərinə, ətrafdakılara sirayət etməməsi üçün qorunma tədbirlərinə əməl olunmalıdır. Yəni, hər iki xəstəlik zamanı qorunmaq və mövcud qaydalara ciddi şəkildə əməl etmək tələb olunur.
O, daha sonra deyib: "Əslində birdəfəlik istifadə olunan maskalar iki saatdan bir dəyişdirilməlidir. Onu yuyub istifadə etmək olmaz, mütləq atılmalı və yenisi taxılmalıdır. Daha uzun müddət istifadəyə yararlı olan maskalar var və dəyişmək istəməyəndə onlardan istifadə etmək olar. Onlar olmadıqda nəm və yararsız hala düşən adi maskadan təkrar istifadə etmək olmaz.
Virusa yoluxan kəs sağalandan sonra 14 gün evdə qalmalıdır. Lakin sağalan kimi bu qaydaya əməl etmədən çöl-bayıra çıxmağa başlayırlar, bu da qətiyyən düzgün deyil. Çünki həmin adam özü yoluxmasa da, daşıyıcı kimi ətrafdakılar üçün təhlükə yaradır. Bu qaydaya əməl edilməsi də mütləqdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1447   Tarix: 19 noyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

toy makiyaji sekilleri qaşların formalari yay geyimləri 2026 bürclər qis geyimleri vetene aid bayatılar pirojna reseptləri kosmetika yutube bayati anabaci aslan gözəllik