Turett sindromu

Turett sindromuTurett sindromu - spesifik psixonevroloji pozuntudur. İnsanda bir və ya bir neçə müxtəlif tiklər,bəzi hallarda isə koprolaliya (insanın qarşısını ala bilmədiyi nalayiq sözləri qışqıraraq ifadə edilməsi) ilə müşahidə olunur.
Bu xəstəlik genetik meylinə malik olan insanlarda uşaq və yeniyətmə yaşlarında başlanır. Əksər hallarda insan yetkinlik yaşına çatanda simptomların göstəricisi azalır.
Sindrom fransız həkim-nəvroluqu Jil de la Turettın adı ilə adlandırılmışdır. Turett sindromu - məhz Turret xəstəliyin ümumi xüsusiyyətlərini və simptomlarını əsaslandırdığı üçün , onun şərəfinə adlandırdılar.
Sindromun səbəbləri aşağıdakılardır:
Hesab edilir ki, bu xəstəlik spesifik genə sahib olan insanlarda imkişaf edir. O, autosom yolla ötürülə bilər: həm dominantlara,  həm də  resessivlərə. Validəydən uşağa keçmə riski 50%-dir. Bu sindrom qızlara nisbətən, oğlanlarda daha çox rast gəlinir.
Bəzi hallarda Turetta sindromu valideynləri sağlam olan insanlardada rast gəlinir. Əgər hamiləlik zamanı ana dərman preparatlarını, anabolizm steroidlərini qəbul edib, və ya yüksək temperaturla müşayiət olunan xəstəliyi keçiribsə, xəstəliyin inkişafının riski əhəmiyyətli dərəcədə artır.
Bu sindromun başlaması aşağıda qeyd edilmiş səbəblərin nəticəsində yaranır:
- mikrobla yoluxan xəstəliklərdə (angina, skarlatin, qlomerulonefrit, revmatizm)
- stress
- intoksikasiyalar: alkoqollu, zəhərli maddələrlə
- bədənin temperaturunu artıran xəstəliklər
- psixotrop maddələr
Simptomlar:
Turett sindromunun əsas əlamətləri çoxsaylı hərəki və səs tikləridir
Səs (vokal) tiklər:
müəyyən səslərin, ayrı sözlərin, sözbirləşmələrin təkrarlanmasıdır.
1) Exolaliya - hansısa oxuduğu və ya eşitdiyi sözün və sözbirləşməsinin təkrarlanması
2)  Palilaliya- şəxsi sözləri təkrarlama
3)  Koprolaliya - heç bir səbəb olmadan nalayiq sözlərdən istifadə edilməsi
Motor( hərəki) tiklər - əzələlərin ( baş, çiyin və s.) qeyri-ixtiyari olaraq atması. Turetta sindromu zamanı motor tikləri daha mürəkkəb olur. Xəstə başını bir tərəfdən o biri tərəfə hərəkət etdirə,  göz qırpa,  ağzını aça və ya boğazını darta bilər.
Diaqnostika:
Diaqnostika üçün xüsusi testlər yoxdur. Klinik müsahibə yolu ilə müəyyənləşir.
a) tiklər qeyri-ixtiyari məqsədyönsüz hərəkət formasında yerinə yetirilir.
b) tiklər 20 yaşdan əvvəl yaranıb
c) 1 ildən az olmayaraq müşahidə edilir
d) simptomların göstəricisi dəyişə bilər, hansı ki, remissiya və residiv ilə xarakterizə edilə bilər
MRT,EEQ organik patologiyanı istisna etmək üçün edilir.
Turett sindromunun müalicəsi nevroloq, psixoterapevt və psixiatr tərəfindən xüsusi müəssələrdə həyata keçirilir. T.s. yüngül formalarında medikamentoz müalicə lazım olmur.
Müalicə aşağdakı yollarla aparılır:
- psixoterapiya
- hipnoterapiya
- autotrening
- kognetiv-davranış terapiyası
- ailədə mənəvi vəziyyətin düzəlməsi
uşağın gün rejiminin dəyişdirilməsi. Axşam vaxtı kinolara baxmaq və komputer oyunlar oynamamaq. Vaxtında yatmaq.
Proqnoz:
Xəstəliyin göstəriciləri yeniyetməlik dövrünün bitməsi ilə azalır. Yetkin insanda sindromun bəzi göstəriciləri qala bilər: tiklər, koprolaliya və bəzi psixi pozuntular (depressiya ,panik atak , əhvalın oynaması, antisosial davranış)
Reyhan Mirzağayeva
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1257   Tarix: 10 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar qis geyimləri 2026 gözəllik məhsulları bürc uyğunluğu qizi ehtiraslandiran sozler ayaqların şişməsi avto qadın kosmetika novruz bayramı sekisler oglaq kəlamlar xeyanet