Türkan: 'Sosial şəbəkələrdə təhqir yazanlar boş-bekar adamlardır' - VİDEO
Tanınmış müğənni Türkan Vəlizadə sosial şəbəkələrdə onu təhqir edənlərdən danışıb.
azxeber.com xəbər verir ki, ATV televiziyasında yayımlanan "Zaurla Günaydın" verilişinin qonağı olan müğənni Türkan bildirib ki, əvvəl onun ünvanına deyilən sərt sözlərə görə pis olurdu, amma indi fikir vermir:
"Mənə yazılan təhqirləri görüb depressiyaya düşürdüm. Çünki tənqid ayrı, təhqir ayrıdır. Tənqidi qəbul etmək olar. Əvvəl pis olurdum, amma indi fikir vermirəm. Çünki düşünürəm ki, işi-gücü yerində olan, ağlı başında olan insan heç vaxt şərh bölümündə başqa bir insanın şəxsiyyətini alçaltmağa çalışmaz.
Kim ki şərh bölümündə insanları təhqir edirsə, demək ki, onun işi-gücü yoxdur, boş-bekar insandır və tək bacardığı iş kiməsə daş atmaqdır. Yazılan heç bir təhqirə cavab yazmıram, amma işçilərim bəzən onlara yazır. Məni təhqir edənlər sonradan bildirirlər ki, sırf sizinlə əlaqə yaratmaq üçün bu yolu seçirik".
Ayşən Mirzəyeva









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Bu yaşda ət yemək ömrü uzadır