Türkiyədə DƏHŞƏTLİ QƏZA: 5 azərbaycanlı öldü, 26-sı yaralandı - YENİLƏNİB - VİDEO - FOTO

Türkiyədə DƏHŞƏTLİ QƏZA: 5 azərbaycanlı öldü, 26-sı yaralandı - YENİLƏNİB - VİDEO - FOTO14:31

"Son məlumata əsasən, İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır".
Xanim.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

Diplomat bildirib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.

----------

14:08

İğdır valisi Ahmet Turgay Alpman bildirib ki, hər iki avtobusda olanların əksəriyyəti naxçıvanlılar olub.

Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə mətbuatı hər 2 avtobus sürücüsünün və 5 azərbaycanlının öldüyünü açıqlayıb.

Hazırda sıxışan avtomobillərin arasından yaralıların xilas edilməsi üçün tədbirlər görülür.

---------

13:47

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 4 Azərbaycan vətəndaşı ölüb.

Xanim.az xəbər verir ki, bunu Trend-ə Türkiyə parlamentinin İğdır vilayətindən olan deputatı Nurəddin Aras deyib.

Onun sözlərinə görə, qəza nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, qəza nəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb.

----------

13:18

Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.

Xanim.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İğdırın Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub.

Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.

İğdır valisi Əhməd Turqay Alpman qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.

Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib. Toqquşan avtobuslarda sıxılmış vəziyyətdə qalan yaralılar var. Hazırda həmin yaralıların xilas edilməsi yönündə tədbir görülür.

İğdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.

Bu barədə APA-ya Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.

----------

12:16

Türkiyədə ağır yol qəzası baş verib.

Xanim.az Milli.Az-a istinadla bildirir ki, İğdır-Aralık yolunda iki avtobus toqquşub. Baş verən qəzada ilkin məlumata görə, 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili tibbi yardım maşınları cəlb edilib.

Xəbərlər     Baxılıb: 1865   Tarix: 20 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları qis geyimləri 2026 payiz haqqinda insa arıqlama sirləri qadinlarin seksi hicab baglamaq usullari kosmetika aysel janrlar veten haqqinda atalar sozleri şəkərbura prostat