Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub - FOTOLAR

Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub
Xanim.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət !" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Türkiyənin Bolu şəhərində "Yeni Yurd Sosial İnkişaf " və "Beynəlxalq Avrasiya araşdırmalar institutu" ictimai birliklərinin dəstəyi ilə Xocalı soyqrımının qurbanlarının anım tədbiri və Bolu şəhərinin Qarabağ parkında Xarı bulbul abidəsinin açılış mərasimi olub.
"Yeni Yurd Sosial İnkişaf " ictimai birliyinin sədri Mahirə Əsədova Bolu bələdiyyəsinin təşkilati dəstəyi ilə keçirilən anım tədbirində bələdiyyə sədri Aeleddin Yılmaz, ictimai birliyin sədri Mahirə Əsədova, Xocalı sakini Aqil Məmmədov, heykəltəraş Akif Əsgərov, Azərbayan milli Elimlər Akademiyasının professoru Asif Rüstəmli, "Xocalı soyqrımını tanıtma" ictimai birliyinin sədr müavini Dilbər Sultanova, Bosna-Hersoqovina Respublikasının Zivilcə bələdiyyəsinin sədri Samir Eminoğlunun başçılıq etdiyi nümayəndə heyəti, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Bolu bələdiyyəsinin sədr müavini Emine Davarçıoğlu tədbir təşkilatçılarını salamlayaraq anım tədbirinin ictimai əhəmiyyətindən danışdı. Tədbirdə çıxış edən "Yeni Yurd Sosial İnkişaf " ictimai birliyinin sədri Mahirə Əsədova bildirib ki, Xocalı soyqırımı ermənilərin zaman-zaman xalqlarımıza qarşı törətdikləri cinayətlərin davamı və ən dəhşətlisi, inkarı mümkün olmayan bəşəri cinayətdir. Dünya ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırıldıqca erməni millətçiliyinin iç üzü daha yaxşı görünür. Daha sonra mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva Uydurma "erməni soyqırımı"nın siyasi gündəmə gətirilməsinin iyrənc məqsədlərindən söz açaraq diqqətə çatdırıb ki, Osmanlı dövlətinə xəyanət və düşmənçilik edən ermənilər tarixin bütün dövrlərində Türkiyə və Azərbaycana qarşı böyük qüvvələrin əlində alət olublar. Çıxışçılar diqqətə çatdırıblar ki, Türkiyə və Azərbaycan xalqları heç zaman zəif xalqlara qarşı pis niyyətli, pis əməldə olmayıb. Təəssüf ki, xalqlarımıza qarşı soyqırımları həyata keçirənlər uydurma "soyqırımı" mövzusu ilə tarixi cinayətlərini ört-basdır etməyə cəhd göstərirlər.

Tədbirdə Bolu valisi Aydın Baruş, bələdiyyə başkanı Əlaəddin Yılmaz, Bolu Universitetinin rektoru, Prof.Dr.Hayri Coşkun, heykəltəraş, professor Akif Əsgərov, Prof. Dr.Asif Rüstəmli, Aqil Məmmədli, İlkin Məmmədzadə, Natiq Qasımlı, Dilbər Sultanlı, şəhər ziyalıları, mədəniyyət və təhsil işçiləri, şəhər əhalisi iştirak ediblər. Heykəltəraş, professor Akif Əsgər "Xarı bülbül"ün ləçəkləri üzərində Qarabağ Muğam üçlüyünü, Xurşid Banu Natəvanın, Molla Pənah Vaqifin obrazını, Gövhərağa Məscidini böyük ustalıqla canlandırıblar.

Qeyd edək ki, Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və "Yeni Yurd Sosial İnkişaf " ictimai birliyinin sədri Mahirə Əsədovanın dəstəyi ilə Xarıbülbül abidəsi qoyulub.
Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub - FOTOLARTürkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub - FOTOLARTürkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub - FOTOLARTürkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub - FOTOLARTürkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub - FOTOLARTürkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub - FOTOLARTürkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub - FOTOLARTürkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı olub - FOTOLAR

Xəbərlər     Baxılıb: 1693   Tarix: 23 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

kosmetika mehsullari gozel gorunmek yay geyimləri 2026 ayaqqabı toy gecəsi dirnaq ucun maskalar saglamlig kosmetika baldiza aid salatlar lakonizim vətənə aid bayatı suni mayalanma