Turpun faydaları və müalicəvi xüsusiyyətləri

Turpun faydaları və müalicəvi xüsusiyyətləriTurp çox faydalı tərəvəzdir. Belə sayılır ki, turpun yarpaqları hətta turpun özündən faydalıdır.
Adətən atdığımız bu yarpaqları təmizləmək, yumaq və göyərti kimi salatların tərkibində istifadə etmək olar.
İlk növbədə turp və onun yarpaqları C vitamini ilə zəngindir. Bu vitamin ən güclü antioksidant sayılır - orqanizmdə qocalma və dağılma prosesləri ilə mübarizə aparır, immun sistemini möhkəmləndirir, damarların elastikliyini artırır.
Turp piylərin parçalanmasını sürətləndirir, mübadilə prosesləri yaxşılaşdırır. Bu səbəbdən diyetoloqlar bu tərəvəzi arıqlamaq üçün olan pəhrizlərə tez-tez əlavə edirlər. Turp azkalorili tərəvəzdir - 100 qr turpda yalnız 16 kalori var.
Turp "fitonsidlər" adlanan xüsusi maddələrlə zəngindir. Bu maddələr "təbii antibiotik"lər kimi tanınır. Fitonsidlər orqanizmdə bakteriya, mikrob, viruslarla mübarizə aparır.
Turpun tərkibində efir yağları, qidalı liflər, fermentlər, B1, B2, PP vitaminləri, kalium, maqnezium, fosfor və s. kimi çox vacib minerallar var.
Turp həmçinin antiseptik xüsusiyyətlərə malikdir.
Turpun tərkibində "antosian" adlanan maddə var. Məhz bu maddəyə görə turp belə gözəl qırmızı rəngə malikdir. Antosian maddəsi orqanizmə xərçəng əleyhinə təsir göstərir.
Turp həzm prosesləri yaxşılaşdırır, ürək-damar sistemi üçün faydalıdır, orqanizmdən "pis" xolesterini xaric edir.
Nəzərinizə çatdıraq ki, mədə və bağırsaq xəstəlikləri olan insanlar turpdan süi-istifadə etməməlidir, bu onların sağlamlığına mənfi təsir edə bilər.
Turp müalicəvi vasitə kimi də istifadə olunur. Belə ki, baş ağrısı zamanı alnınıza və  gicgahlarınıza turpun şirəsini sürtün və uzanın. Bir müddətdən sonra siz ağrıların azalmasını hiss edəcəksiniz.
Radikulit zamanı turpu sürtgəcdən keçirin, pambıq əskiyə qoyun və kompres kimi istifadə edin.
Üz dərisini cavanlaşdırmaq, daha elastik və sağlam etmək məqsədi ilə belə maskadan istifadə edin: 2-3 turp blenderdən keçirilir, 1/2 çay qaşığı zeytun yağı və 1 xörək qaşığı karfof nişastası əlavə olunur, yaxşı qarışdırılır və üz dərizinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.
Milli.Az

Xəbərlər     Baxılıb: 1109   Tarix: 28 avqust 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu çay qaraciyərə zərər verə bilər

Yaşıl çay sağlamlıq üçün olduqca faydalı hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta bu içkinin də bəzi yan təsirləri ola bilər. xəbər verir ki, mütəxəssislər apardığı araşdırma nəticəsində çay kolu bitkisini

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli NƏTİCƏLƏRİ

Ağrıkəsici dərmanların nəzarətsiz şəkildə istifadəsi sağlamlıq üçün gizli təhdid yaradır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Tatyana Qolovçanskaya " nəşrinə müsahibəsində danışıb. Həkim qey

.

"Hantavirusla bağlı təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur"

Avropa Dərman Agentliyi (EMA) hantavirusla bağlı narahatedici açıqlama yayıb. xəbər verir ki, agentlik bildirib ki, hazırda hantavirusa qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi antiviral müalicə mövcud deyil. Müalicə əsasə

.

Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ

İnsan beyninin 30 yaşdan etibarən kiçilməyə başladığı açıqlanıb. xəbər verir ki, bu barədə nevrologiya üzrə mütəxəssis Mustafa Seçkin bildirib. Onun məlumatına görə,  "Alzheimer" və demensiyadan qorunmaq üçün "kogniti

.

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər. -ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdə

.

ÜST 2 ölkədə fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib. qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatın baş direktor

turlar.az

toy gecesi toy makiyajlari toy makiyaji sekilleri qadin dunyasi 2026 qadinlarda soyuqdeyme milli yemek toy ucun dizayn kosmetika hakisdalar ana haqqinda bayati damla qogal ağır itki