Turşulu küftə qovurması
(4 nəfərlik)
Ərzaqlar:
500 q soğanla çəkilmiş qoyun ətinin qiyməsi
4 ədəd baş soğan
2 böyük dəstə cəfəri
2 x. q. alçanın şərab turşusu
2 x. q. əridilmiş kərə yağı
1/2 st qaynamış su
Duz
İstiot
Hazırlanması:
Cəfərini təmizləyib yuyub doğrayırıq.
Qiymənin içinə duz, istiot və cəfərinin 1/4 hissəsini tökürük. Yaxşı qarışdırırıq.
Ətdən balaca küftəciklər düzəldirik.
Düzəltdiyimiz küftəciklərin üstünü əlimiz ilə turşulayırıq.

Soğanı xırda doğrayıb yağ töküb duz səpib qızılı rəngdə olana qədər qovururuq.
Qovrulmuş soğana qalan cəfərini tökürük. Cəfəri yaxşı qovrulanda duzunu istiotunu da töküb küftəcikləri üstünə yığırıq.

1/2 st qaynamış su tökürük.
Vam odda 1 saat bişiririk. Suyu çəkilib yağa düşəndə yeməyimiz hazırdı.

Nuş olsun!









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq