"Üç doza "BioNTech" "omicron"dan qoruyur" - Uğur Şahin
"Omicron" ştamından daha yaxşı qorunmaq üçün peyvəndin üçüncü dozası vurulmalıdır.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "BioNTech" şirkətinin baş direktoru Uğur Şahin deyib.
"BioNTech"in qurucuları Uğur Şahin və Özlem Türeci koronavirusa qarşı hazırladıqları peyvəndlə bağlı son vəziyyət və "omicron" ştamı ilə əlaqədar mətbuat konfransı keçirib.
Uğur Şahin, "omicron" ştamının iki və üç doza "BioNTech" peyvəndi vurulanlara necə təsir etdiyini araşdırdıqlarını açıqlayıb.
Bildirib ki, araşdırmalarına görə, "BioNTech" peyvəndinin üçüncü dozası virusa qarşı kifayət qədər qorunma təmin edir: "Bu məlumatlar üçüncü dozanın dəyərini açıq şəkildə göstərir".
Elm adamı əlavə edib ki, lazım gələrsə yeni ştama qarşı peyvəndi mart ayına qədər hazır edə bilərlər: "Bu mərhələdə ediləcək ən yaxşı şey, daha yaxşı qorunma təmin etməklə bir doza da peyvənd olunmaqdır".
Özlem Türeci də həmçinin üç doza "BioNTech" peyvəndinin "omicron" ştamını təsirsiz hala gətirdiyini bildirib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi