Uğur qazanmaq öz əlinizdədir

Uğur qazanmaq öz əlinizdədirUğur və xoşbəxtliyin əldə edilməsi həyatı önəm daşıyır. Sizə təqdim edəcəyim ip ucları öz-özünüzə ruhlandırmağa və bunu davam etdirməyə kömək edəcək. Bunlar həyatda sınanmış və nəticəsi olan tövsiyələrdir. Həyata keçirmədiyiniz zaman ərzində sadəcə sözlərdən ibarət olacaq, həyata keçirdiyinizdə isə əldə edilmiş uğurdan.

1. Həyat hekayənizi yazın.
Təmiz bir kağıza bir-iki səhifə arzu etdiyiniz gələcəyin hekayəsini yazın. Gələcəkdə etmək istədiyiniz şeyləri, yaşamaq istədiyiniz məkanı, sahib olmaq istədiklərinizi yazın. Bu sizi həm indi, həm də gələcəkdə ruhlandıracaq.

2. Gələcəyi gözlərinizdə canlandırın.
Gözlərinizi bağlayın,özünüzü gələcəkdə necə görmək istədiyinizi təsəvvürünüzə gətirin. Məsələn, sağlam şəkildə qaçarkən, bağda gülləri sulayarkən, uşaqlarınızla istirahət mərkəzində istirahət edərkən. Xəyalınız bir iş yeri açmaqsa, özünüzü bir açılış günündə, müştərilərin, işçlərin sizi salamlamasını təsəvvür edin.

3. Keçmişi gözünüz önündə canlandırın.
Daha əvvəl harda olduğunuza, bu günə çatmaq üçün nə qədər yol qət etdiyinizə diqqət edin. Bu zaman hədəflərinizə nə qədər yaxınlaşdığınızı və nə zaman, hansı yerdə xəta etdiyinizi anlayacaqsınız. Bu sizin gələcəkdə doğru yolda getməniz üzün bir bələdçi rolunu oynayacaq. Yolda gedən bir sürücünü düşünün, yalnız önünə baxarsa, geriyə baxmazsa nələrlə üzləşə bilər? Zaman-zaman geriyə baxmaq ən az sürücünün yolu qəzasız davam edə bilməsi qədər yararlıdır.

4. Böyük xəyallar qurun.
Gələcəyinizlə bağlı əsrarəngiz şeylər haqda düşünməkdən qorxmayın. Belə düşünməniz qısa müddətli uğursuzluqlarınızla mübarizə apara bilməkdə sizə kömək olacaq. Uzun bir zamandan sonra sevdiyinizə qovuşacağınızı düşünün. Onu qarşılamağa gedərkən yağışın yağması sizə mane ola bilərmi?

5. Özünüzü daim inkişaf etdirin.
Hədəfləriniz, xəyallarınızla bağlı hər şeyi öyrənin. Oxuyun, qulaq asın, danışın, sınaqdan keçirin. Həkim olmaq istəyirsinizsə, həkimlərlə danışın, təcrübələrindən faydalanın, işlərinə baxmağa çalışın.

6. Özünüzə bir örnək tapın.
Sizə həyatda bir şeylər öyrədə biləcək, ondan nələrisə öyrənə biləcəyiniz birini tapın. Əgər yaxın çevrənizdə belə bir insan yoxdursa, o zaman tanınmış bir siyasətçini, alimi, iş adamını örnək ala bilərsiniz. Uğura çatmaq üçün onların hansı yollardan keçdiyini öyrənmək, sizə öz yolunuzu mübariz getməkdə kömək olacaq.

7. Uğur hekayələri oxuyun.
Gündəlik qəzetlərdə, jurnallarda ilham verə biləcək, sizi uğura həvəsləndirinə yazılar ,uğur tərənnüm edən mahnılar, filmlər sizə yaxş bələdçi ola bilər.

8. Öyrənməyə davam edin.
Ən önəmli şey məhz daima öyrənməkdir. Bundan əsla yorulmayın. Maraq göstərin. Sizi maraqlandıran şeyləri mütləq öyrənin.

9. Hədəflə çalışın.
İşlərinizi planlı qurun. Hədəfəin nə olduğunu bilmədən ona çatmaq çətindi. İşini şansa həvalə etmək o qədər də yaxşı fikir deyil. Tanınmış bir deyimi xatırladım. "Uğur- Bu tamamən bəxtə bağlıdır. İnanmırsınızsa uğursuz insanlardan soruşun" Hədəflə çalışın, bu sizə uğuru və onun nəticəsini bəxş edəcək.

10. Özünüzü mükafatlandırın.
Özünüz üçün sevdiyiniz şeylərdən xüsusi hədiyyələr hazırlayın. Kiçik belə olsa uğur qazandığınızda özünüzə hədiyyə edin. Gərgin işdən sonra bir şam yeməyini və ya bir səyahəti, ən azı sevdiyiniz nəyisə özünüzə almağı sonraya saxlamayın.

11. Doğru sözlər danışın.
Gündəlik danışmalarınızda "bunu bacararam", "bir həll yolu taparam"kimi kəlimələrdən istifadə edin. Danışdığınız sözlərin sizin gördüyünüz işlərdə çox təsirli ola biləcəyini unutmayın.

12. Fasilə etməyi bacarın.
Bir şeyə əsəbləşdiyinizdə, canınız sıxıldığınızda bir az dayanın, fasilə edin. Hadisələr haqda yenidən düşünüb, ağıllı qərara gəlib işə davam etmək olar.

13. Hərəkət etməzdən əvvəl iki dəfə düşünün.
İki dəfə eşidib bir dəfə danışmaq üçün iki qulağımızın bir ağzımızın olduğunu eşitməmiş deyilsiniz hər halda. Buna görə də bir hadisə baş verdiyində hərəkət etmədən öncə mütləq iki dəfə düşünün.

14. Hadisələrə reaksiya deyil cavab verməyi bacarın.
Əgər hadisəyə reaksiya versəniz, səbəbin üzərindən keçmiş, yalnız həmin andakı hadisəyə köklənmiş olacaqsınız.

15. Sahib olduğunuz şeylərə dəyər verməyi bilin.
Dostlarınız, ailəniz, karyeranız, sağlamlığınız-bunların hər biri xoşbəxtliyiniz üçün səbəb ola bilər. Həyatımızda pis şeylər nə qədər olursa olsun, yaxşı olanlar üçün şükr etməyi bilməliyik.

16. Kiçik uğursuzluqlara görə ruhdan düşüb geri çəkilməyin.
Hər zaman xoşbəxt olmaq vacib deyil. Xoş günlərlə yanaşı əlbət pis günlər də olacaq. Amma bunlara görə əsla üzülməyin. Dərd də, problem də keçicidir. Yetər ki, gələcəyə olan inamınızdan əsla vaz keçməyin. Uğur sizi gözləyir…

Xəbərlər     Baxılıb: 2126   Tarix: 30 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ödem atan bitki çayları hansılardır?

Gündəlik həyatda üz, əl, ayaq və ya qarın nahiyəsində yaranan şişkinlik hissi çox vaxt bədəndə artıq mayenin toplanması, yəni ödem ilə bağlı olur. Həddindən artıq duz istehlakı, az su içmək, hərəkətsizlik və stres bu vəziyyət

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Şüşə, yoxsa metal qab: Hansını ALAQ?

Qablaşdırma materialı yalnız "qutu" rolunu oynamır, eyni zamanda qidanın biokimyəvi tərkibinə təsir göstərə bilər. xəbər verir ki, bəzi metal konserv qablarının daxili örtüyündə istifadə olunan Bisfenol A (BPA

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

turlar.az

qadin sayti qis geyimləri 2026 toy makiyajlari kələm salatı yemək resepti süfrə bəzədilməsi dosabin xeyri kosmetika hakışda terezi qz eviyçun hakışta baldiz arıqla