Ultrasəs müayinəsi tamamilə zərərsizdir?

Ultrasəs müayinəsi tamamilə zərərsizdir?İnsanların çoxu USM-in orqanizmə zərər verəcəyindən narahatdırlar. Bir həkim kimi deyə bilərəm ki, USM tamamilə zərərsizdir. Bunu həkim-sonoloq, Mərkəzi Gömrük Hospitalının mütəxəssisi Tükəzban Abdullayeva bildirib.
Milli.Az e-tibb.az-a istinadən onun "USM müayinsindən vaxtaşırı keçmək nəyə görə lazımdır" sualına cavabını təqdim edir:  
Hazırda Ultrasəs müayinəsi (USM) tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bu metod orqanizmə heç bir zərər yetirilmədən həyata keçirilir və daxili orqanlar haqqında dəqiq məlumat verilməsini, xəstəyə düzgün diaqnoz qoyulmasını mümkün edir. USM daha çox qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq və yumurtalıqlar kimi daxili orqanların görüntülənməsi üçün istifadə edilir.
Pasiyentlər adətən hər hansı orqanda, məsələn, qarın boşluğunda olan ağrılar zamanı, boyunda ələ gələn şişkinlik, süd vəzilərində ağrılı nahiyə və ya ələ gələn şişkinlik olduqda müraciət edirlər. Təəssüflər olsun ki, çox az hallarda hec bir şikayəti olmadan müayinəyə gələnlər olur. Nəzərə almaq lazımdır ki, insan orqanizmində gizli başlayan xəstəliklər də olur.
Bəzi onkoloji xəstəliklər, məsələn, süd vəzi xərçəngi ildən-ilə cavanlaşır. Hazırda bu xəstəliyə tutulanlar arasında hər yaş qrupundan olan insanlar var. Heç kim heç bir xəstəlikdən sığortalanmayıb. Məsləhət görərdim, hər kəs heç olmazsa özünü ildə 1 dəfə profilaktik müayinə etdirsin. Çünki bəzi xəstəliklər ağrısız, bədəndə hər hansı əlamət olmadan başlayır və pasiyent vaxtında USM müayinəsindən keçərsə, hər hansı xəstəlik vaxtında aşkarlana bilər.
Düzdür, insanların çoxu USM-in orqanizmə zərər verəcəyindən narahatdırlar. Bir həkim kimi deyə bilərəm ki, USM tamamilə zərərsizdir. Belə olmasaydı, həkimlər hamilə qadınları bəzən hər gün, bəzən də günaşırı USM-dən, dopplerdən keçirməzdilər. Sonda demək istərdim ki, USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur. Hamının mütəmadi olaraq USM müayinəsindən keçməyi məsləhətdir. Belə ki, hər erkən diaqnostika vaxtında müalicə aparılmasını və xəstənin sağalmasını təmin edə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1460   Tarix: 25 oktyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

hamilelikde qidalanma qaşların formalari aksessuarlar goyemin faydalari intim münasibətləri qadın hüquqları milli yeməklər kosmetika big.az seksler novruza aid hakışda masturbasiya nedir kahfe falı