"Ulu Vətən" mahnısı yeni aranjiman və ifada

"Ulu Vətən" mahnısı yeni aranjiman və ifadaAzərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "İTicket" və "Cavan" İctimai Birliyinin təşkilatçılığı ilə sevilən "Ulu vətən" mahnısına Sevda Ələkbərzadə və Türkiyənin məşhur "MaNga" qrupunun solisti Fərman Akgül ilə birgə yeni nəfəs verilərək, klip ərsəyə gətirilib.
Open.az xəbər verir ki, layihə 27 sentyabr tarixindən etibarən başlayan və Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğal altından azad olunması naminə Ali Baş Komandanın rəhbərliyi ilə uğurla davam edən Vətən müharibəsində zəfər və qələbələrimizə ithafən ərsəyə gəlib. Layihənin yaradıcı heyəti mahnının bu günlərdə xüsusən gənclər arasında müşahidə olunan yüksək vətənpərvərlik ruhunu daha da yaxşı ifadə edərək, bu ruhun saxlanılmasına töhfə verəcəyini bildirmişdir.
Mahnı ilə əlaqədar ölkəmizə səfər edən Fərman Akgül Azərbaycana dəstəyini və sevgisini bu mahnı vasitəsilə çatdırmaq istədiyini bildirib. Türk müğənni "Ulu Vətən" mahnısını əməkdar artist Sevda Ələkbərzadəyə yeni aranjimanda – rok-ballada üslubunda təqdim edib.
Bəstəsi Zaur Abdullayevə, sözləri Samirə Xasməmmədovaya məxsus olan mahnının ekran işini rejissor İlham Qasımov öz öhdəsinə götürərək, əməyi ilə Vətənə dəstəyini nümayiş etdirib.
İticket və "Base" leyblın birgə hazırladığı layihənin ərsəyə gəlməsində təmənnasız dəstəyini əsirgəməyən
"Peachline" şirkətini, A+A EVENTS, stilist
Leyla Məmmədovanı və vizaj üçün "Etage by ElnurHasanov"u xüsusi vurğulamaq yerinə düşərdi.

Şou Biznes     Baxılıb: 2177   Tarix: 11 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

turlar.az

qis geyimləri 2026 kosmetoloq geyim necə seçməli hakista xina yaxdi sengulum nagili ədəbiyyat testləri qadin saytlari kosmetika saglam qidalanma novruz bayramina aid hakisdalar qz eviyçun hakışta kley lekesi tapmaca