Unutqan olmuşam, yaddaşım zəifləyib, nə edim? - Yaddaş haqqında bilmədikləriniz

Unutqan olmuşam, yaddaşım zəifləyib, nə edim? - Yaddaş haqqında bilmədiklərinizSon illər gənc və orta nəsil az qala dünən etdiyi işi, yediyi yeməyi belə unudacaq dərəcədə yaddaş zəifliyindən şikayətlənir. Nəyə görə yaddaşınız zəifləyir, nəyə görə çox şeyləri unudursuz, hətta yazdığınız qeydlər belə yadınıza düşmür?  Çox hadisələr, faktlar beyninizdən silinir? Hansı həkimə müraciət etməli, nə etməli?
Milli.Az medicina.az-a istinadən unutqanlığın niyə yarandığını, beyninizdə nə baş verdiyini və çıxış yollarını təqdim edir.
Yaddaş və unutqanlığa beyində informasiya saxlayıcı sistemlər cavabdehdir. Bəzən bu sistemin işində çökmə ola bilər, bu qısamüddətlidir və obyektiv səbəbləri var. Bəzən isə sistem həmişəlik sıradan çıxır. Hansı hallarda unutqanlığın normal, hansında anormal olmasını ayırd etmək üçün bunları bilməlisiz.
Hər şeyi yadda saxlamaq mümkün deyil
İnsanın yaddaşı 4 əsas saxlanc sistemindən ibarətdir:  
-İşçi - operativ hissə - burda sizə indi, bu dəqiqə lazım olacaq və saniyələr ərzində yadda saxlanılacaq informasiya yığılır.  Məsələn, telefon nömrəsini və ya kodu tez yadda saxlayıb, 1-2 dəqiqə ərzində istifadə edirsiz. Sonra unudula bilər.
-Epizodik yaddaş - bir neçə dəqiqə bundan əvvəl baş vermiş və ya 20 il əvvəl baş vermiş epizodik hadisələri saxlayır. Beyində hippokamp deyilən hissə bu yaddaşa cavabdehdir.
-Semantik yaddaş - insanın dünya, özü, ətrafda baş verənlər barədə qavradığı özünəməxsus bilgilər toplusudur. Sözlər, fikirlər, şeirlər, onların mənaları, obyektlərin adları, oxuduğu kitablar. 
-Prosedur yaddaş - nəyisə bacarmaq qabiliyyətlər yaddaşı. İnsan bir dəfə velosipeddə sürməyi öyrənir, edir, bu o hissədə yazılır. Buna bədən yaddaşı da deyilir. 
Unutmaq nə deməkdir? 
Burda hansısa informasiyanın beynin həmin saxlanc arxivindən həmişəlik pozulması demək deyil. Bu artıq amneziya sayılır. Unutqanlıq sənin orda qalan informasiyanı lazım olan anda ordan çıxarmaqda, tapmaqda çətinlik çəkməndir. 
Dilinin ucunda dolaşa söz, tarix, ad - semantik yaddaş saxlancından onu tapıb çıxara bilmirsən.
Beyni zədələnməyən sağlam insanın nəyisə unutması, dilinin ucunda olması, dəstək olarsa xatırlaması bəzən normal olur. 
Epizodik yaddaş saxlancından informasiya ala bilməyəndə, məsələn, evdə duz bitib, marketə getməyi unudursan, marketə girsən də, duzu unudursan. 
Operativ yaddaş pozulubsa, sən duzu xatırlamısan, marketə girmisən, 1 dəqiqə ərzində duzu alıb çıxmalısan, amma duza çatana kimi zənglə, ya digər ərzağı almaqla fikrin qarışır və bir neçə saniyə öncəki vacib informasiyanı unudursan.
Unutqanlıqla yaddaş pozğunluğunun fərqi ondadır ki, ciddi yaddaş pozulması zamanı insan həyatı ilə bağlı olan informasiyanı, hadisəni, adı heç vaxt yadına sala bilmir. Bir dəfə də onu xatırlaya bilmir. Beyinə bağlı yaddaş pozulmasında xəstə peşəsi ilə bağlı vərdişini unudur, hər gün getdiyi ünvanı unudur, doğmalarından bəzilərinin adını deyə bilmir. 
1 il əvvəl, hətta keçən bazar sən hardaydın, nə etmisən, nə yemisən kimi şeylər yadından çıxa bilər, amma əgər 5 dəqiqə öncə nə etmisən, heç xatırlaya bilmirsənsə, bu artıq ciddi siqnaldır.
Əgər sən 10 il əvvəl bir yerdə oxuduğun insanın adını hətta onu görəndə belə xatırlamırsansa, bu normaldır. Yox əgər siz yaxın qonşunun və ya yoldaşınızın adını unutduzsa, bu artıq demensiya, amneziya, insult, beyinə hər hansı infeksiya düşməsi, alkoqol və ya narkotik vasitənin təsiri kimi səbəblərdən ola bilər və həkimə müraciət etməyə əsasdır.
Unutqanlığın səbəbləri 
Qısa müddətli unutqanlığa səbəb isə stress, həyəcan, yorğunluqdur. Təcrübələr göstərib ki, davamlı stress işçi yaddaş həcmini azaldır. Təşviş pozuntusu, depressiya, nevroz halında  olan insanların huşsuzluq və unutqanlıq problemi sakit insanlara nisbətən çox olur. 
Son zamanlar insanların telefona, internetə aludə olub gec yatması, yuxusuzluq da söz, yazı, hadisə yaddaşını zəiflədir. Bu zaman insanın yeni bilik alması, peşə öyrənməsi, yeni informasiyanı rahatlıqla yadda saxlaması pozulur. Az yatmaq, yuxusuzluq epizodik yaddaşa çox təsir edir.  1 dəqiqə bundan əvvəl etdiyini unurdursan, burdan deyilən söz, tapşırıq yaddaşda saxlanılmır, hətta nə üçün evdən çıxdığını də unudursan.
Nə qədər ki, insan yatmir, məsələn 1 həftə 2-3 saat yatır, 2 gün demək olar yatmır, unutqanlıq bir o qədər çox müddət davam edir.
Çox yağlı qidalar, aşağı karbohidratlı yemək, pəhrizlər, fast-food da yaddaşı pozur.
Periodik olaraq az yemək, ac qalmaq isə beyindəki yaddaş mərkəzini aktivləşdirir.
Nə etməli?
Unutqanlıq kəskinləşibsə, özünüzdə yuxarıdakı səbəbləri görürsüzsə, birinci müraciət edəcəyiniz həkim nevroloq və psixiatr olmalıdır.
İkincisi fiziki aktivliyi, gəzmək, idman, su məşqləri ilə məşğul olmalısız. 3-6 ay idman, fitnes yaddaşı yaxşılaşdırır
Stress varsa, meditasiya, yuxu, sakitlik qeydinə qalın.
Amma sizə hansısa anda təcili yaddaşı ələ almaq və lazım olan informasiyanı ordan çıxarmaq və ya vacib tədbirdə sözü, çıxışı yadda saxlamaq lazımdırsa, kofe breyk, tünd çay içə bilərsiz. Bu zaman beyin aktiv işləyir, həm sizə lazımi informasiyanı verir, həm də siz yeni informasiyanı normal qəbul edə bilirsiz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2235   Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

turlar.az

yay geyimləri 2026 hamiləlik yaz geyimleri 2026 körpə və ona qulluq gənc qızlar üçün saç düzümləri gözəllik veten haqqinda atalar sozu kosmetika veten haqqinda bayati qaynana hakista novruz bayrami hakisda qız bürcü vetene aid atalar sozleri