Unutqanlığın əsas simptomları: Beynimiz qocalır?

Unutqanlığın əsas simptomları: Beynimiz qocalır?Yəqin ki, çoxumuz "görəsən, nə edəcəkdim?", "mətbəxə nə üçün gəlmişdim?", "açarlarımı haraya qoymuşam?" kimi sualları tez-tez eşidir, hətta çox zaman özümüz də veririk. Bəzən hətta hansısa bir əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq. Maraqlıdır ki, unutqanlıqdan son vaxtlar gənclər, yeniyetmələr də şikayətlənirlər.
Bəs görəsən, nə baş verir? Beynimiz qocalır? İnformasiya yükünə tab gətirmir? Yoxsa Altsheymer xəstəliyi günü-gündən cavanlaşır? Huşsuzluqdan qurtulmaq mümkündürmü? 
Milli.Az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında həkim-nevroloq Qalib Əsədov bildirib ki, çox zaman yaddaş pozuntusu ilə diqqət dağınıqlığı qarışdırılır: 
"Ümumiyyətlə, unutqanlıq xəstəliyi amneziya adlandırılır. Əslində bu, yaş artdıqca yaddaşın zəifləməsidir. Ancaq təəssüf ki, dövrümüzdə gənclərimizin amneziyadan daha çox əziyyət çəkdiklərinin şahidi oluruq.
Amneziya ən çox kəllə-beyin travmaları, psixoemosional şok, həddindən çox gərginlik və epileptik tutmalar zamanı yaranır.
Eləcə də, insanlarda müəyyən yaş dövründən sonra beynin qidalanması pozulur.
Beyin qabığında atrofiyanın artması nəticəsində isə altsheymer xəstəliyi yarana bilər. Əgər pasiyent ətrafındakı adamların adlarını qarışdırırsa, uzaq keçmişdə baş verən hadisələri xırdalığına qədər xatırladığı halda, dünən baş verənləri unudursa, bu, altsheymer xəstəliyinin əsas əlamətləridir".
Həkim-nevroloq qeyd edib ki, yaddaş zəifliyini yoxlamaq üçün xüsusi testlər mövcuddur:
"Bu testlərdə, əsasən, pasiyentə bir neçə spesifik sual verilir, cavablar xüsusi sistemlə hesablanır və nevroloq əldə olunan nəticələrə əsasən pasiyentin yaddaş zəifliyinin dərəcəsini təyin edir".
Nevroloqun sözlərinə görə, yaddaş pozulmalarının qarşısını alacaq xüsusi dərman, yaxud qida vasitələri mövcud deyil. O, yaddaşını gücləndirmək istəyənlərə məntiq testləri, riyazi məsələləri həll etməyi, kitab oxumağı tövsiyə edib.
Maraqlıdır ki, bəzi insanlar sırf uşaqlıq illərini xatırlamadıqlarından şikayətlənirlər. Psixoloq Gülnar Orucovanın sözlərinə görə, bununla bağlı müxtəlif fərziyyə və nəzəriyyələr mövcuddur:
"Şəxs xarakterinə, yaşadığı mühitə, məruz qaldığı travmalara və psixoloji vəziyyətə bağlı olaraq uşaqlıq illərini unuda bilər. Bəzən bu, ixtiyari də ola bilir. Yəni şəxs uşaqlıq illərinə dəyər vermir və kiçik olarkən yaşadığı hadisələri, xatirələrini unudur.
Uşaq vaxtı yaxınlarını itirənlər, zorakılığa, şiddətə məruz qalanlar da bu halla qarşılaşırlar. Bu o demək deyil ki, onlar uşaqlıq illərini tamamilə unudurlar: hər hansı bir fotoşəkil, video vasitəsilə müəyyən epizodları yaddaşlarında canlandıra bilərlər".
Psixoloqun sözlərinə görə, ümumiyyətlə, valideynlər bir-biri və uşaqları (xüsusən 0-6 yaş dövrlərində) ilə xoş rəftar etməlidirlər:
"Hətta hələ danışıq qabiliyyəti olmayan körpələr də valideynlərinin bir-birinə dediklərini dərk etməsələr belə, rəftarı görürlər və böyüdükcə bu proseslər onların hafizəsində canlanır. Buna görə də bəzi hallarda kimsə iki, yaxud üç yaşı olanda baş vermiş hadisəni xatırladığını deyirsə, bu, yalan, şişirtmə olmaya bilər".
Mütəxəssis qeyd edib ki, əgər şəxs uşaqlıq dövründə yaşadığı ağır travmanı xatırlamırsa, onu hipnoz vasitəsilə ortaya çıxarmaq olar, ancaq bunun xüsusi müalicəsi mümkün deyil.                     
Milli.Az

Xəbərlər     Baxılıb: 1255   Tarix: 12 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

kosmetika mehsullari geyim və ayaqqabılar toy makiyaji sekilleri ciyer qovurma vətənə aid atalar sözü hakista xina dişlər kosmetika terezi xanım az tərəzi bürcü sanamalar masturbasiya