Ürək, böyrəklər, oynaqları öldürən REVMATİZM

Ürək, böyrəklər, oynaqları öldürən REVMATİZMRevmatizm - ürək-damar sistemini, böyrəkləri, oynaqları və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəlikdir. Adətən, uşaq tərəfindən keçirilmiş streptokokk infeksiyası (əksər hallarda "angina" - badamcıqların iltihabı) nəticəsində əmələ gəlir. Bədənin soyuqlaması və uşağın immunitetinin zəifləməsi də xəstəliyin inkişaf etməsində böyük rol oynayır.
Milli.Az saglamolun.com-a istinadən bildirir ki, revmatizm keçirilmiş "anginadan" 2-3 həftə sonra kəskin şəkildə başlaya bilər. Xəstəliyin ilk əlamətləri - yorğunluq, hərarətin qalxması, oynaqların (daha çox diz, topuq və bilək oynaqlarının) ağrılı və şişkin olmasıdır. Revmatizm əleyhinə preparatlar qəbul edildikdən sonra bu simptomlar tezliklə aradan qalxır.
Bir çoxların fikrinə görə, revmatizm oynaqlarda ağrılar və iltihabla müşayiət olunan bir xəstəlikdir. Lakin revmatizm tək oynaqları deyil, ürək və böyrəkləri də ciddi zədələyir, ürək qüsurları, böyrək çatışmazlığı kimi ağır fəsadların inkişafına səbəb olur.
Kəskin revmatizmin təhlükəliliyi ondadır ki, bu zaman ürək əzələlərinin iltihabı - miokardit inkişaf edir. Uşaqlar ürəkdöyüntüsü, təngnəfəslik, ağrılardan şikayət edirlər. Xəstəlik ağırlaşma ilə davam edərsə, endokardit (ürəyin daxili qişasının iltihabı) inkişaf edə bilər ki, bu da son nəticədə qazanılmış ürək qüsuruna səbəb ola bilər.
Revmatizm - kəskinləşmə (xəstəliyin hücumları, yəni tutmaları) və sakitlik dövrlərinin növbələşməsindən ibarət olan xroniki xəstəlikdir. Hər yeni hücum zamanı ürək daha dərindən zədələnir və sonda qazanılmış ürək qüsuru formalaşa bilər.
Beləliklə, revmatizm təhlükəli xəstəlik olub, ağırlaşmaları ilə çox qorxulu hesab edilir. Tez-tez "angina" ilə xəstələnən uşaq və böyüklər mütəmadi olaraq kardioloq-revmatoloq və nefroloqun (böyrək xəstəliklərində ixtisaslaşmış mütəxəssis) nəzarəti altında olmalıdırlar.
Revmatizm xəstəliyinin müalicəsinin əsas məqsədi təzə revmatizm hücumlarının qarşısının alınmasıdır.
Revmatizm xəstəliyinin profilaktikası çox zəruridir. Bunun üçün immunitetini möhkəmləndirmək lazımdır. Düzgün qidalnma və rejim, idman, açıq havada gəzintilər, normal yuxu, bağırsaqların normal fəaliyyəti immuniteti yüksək səviyyədə saxlayan əsas amillərdir.
Tez-tez keçirilən "angina" (ildə 1 dəfədən artıq) revmatizmə aparan yoldur. Bu səbəbdən xroniki tonzillitlərin düzgün müalicəsini və profilaktikasını aparmaq çox vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1477   Tarix: 06 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

toy gecesi makiyaj instagram sade makiyaj sekilleri ana südü artırmaq azerbaycan haqqinda hakışta necə tez arıqlayım kosmetika rus dilin nece orenek novruz bayramına aid bakışta azərbaycan qardasa aid haxistalar klitor