Ürək çatışmamazlığının əlaməti və yaranma səbəbi

Ürək çatışmamazlığının əlaməti və yaranma səbəbiÜrək çatışmamazlığının əlaməti və yaranma səbəbi

Ürək çatışmazlığı xroniki və ya kəskin ola bilər. Xroniki ürək çatışmazlığı ürək-damar sistemi xəstəliklərin nəticəsində uzun müddət ərzində inkişaf edir. Kəskin ürək çatışmazlığı qəflətən inkişaf edir. Az bir müddət ərzində xəstədə təngnəfəslik artır, nəfəsalma tezləşmiş, fışıltılı olur, arterial təzyiq kəskin artır, dəri göyərir, dodaqlarda çəhrayı köpük əmələ gələ bilər. Bu vəziyyət insanın həyatı üçün çox ciddi təhlükə yaradır. Xəstə dərhal reanimasiyaya yerləşdirilməlidir.

Ürək orqanizmdə nasos funksiyasını yerinə yetirir. Ürək qanın orqanizm boyu dövr etməsini təmin edir. Qan orqanizmin fəaliyyəti və yaşaması üçün lazım olan oksigen və qidalı maddələri orqan və sistemlərə çatdırır. Ürəyin nasos funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir.

Kəskin ürək çatışmazlığının səbəbi miokard infarktı, ağ ciyərlərdə tromb, güclü allergik reaksiya, ağır infeksiya və s. ola bilər. Xroniki ürək çatışmazlığı zamanı simptomlar uzun müddət ərzində inkişaf edir və vaxt keçdikcə güclənir. Əvvəllər bu simptomlar yalnız fiziki gərginlik zamanı, daha sonra isə hətta istirahət zamanı meydana çıxır.

Xroniki ürək çatışmazlığının əlamətlərini təqdim edirik:
- Təngnəfəslik, öskürək.
- Tezləşmiş ürək döyüntüsü.
- Tezləşmiz sidik ifrazı (xüsusilə gecə vaxtı).
- Ayaqlarda, topuq nahiyələrdə, bəzən qarında ödemlər (şişkinlik). Orqanizmdə mayenin yığılmasına görə çəkinin artması.
- Yorğunluq, zəiflik, başgicəllənməsi.
- İştahanın azalması.
- Fiziki aktivlik zamanı nəfəsalmanın çətinləşməsi.
- Qara ciyərin böyüməsi.
- İş qabiliyyətinin azalması.
- Diqqətin zəifləməsi.
Ürək çatışmazlığı inkişaf etdikcə sadaladığımız simptomlar daha güclü olur. Ürək çatışmazlığının ilk simptomları meydana çıxdıqda dərhal kardioloqa müraciət etmək lazımdır. Kardioloq bu pozulmanın səbəbini aşkar edəcək və xəstəyə lazım olan müalicə təyin edəcək. Müalicə olunmayan ürək çatışmazlığı insanın ölümünə gətirib çıxarda bilər.
Ürək çatışmazlığı olan insan daim kardioloqun nəzarətində olmalı, hər 3-6 aydan bir lazım olan müayinələr keçməli və müalicə almalıdır. Pəhriz, müalicəvi bədən tərbiyyəsi də belə xəstələr üçün çox vacibdir.
Xroniki ürək çatışmazlığının səbəbləri müxtəlifdir:
- Ürəyin işemik xəstəliyi.
- Nəzarət olunmayan yüksək arterizl təzyiq.
- Ürək qapaqlarının zədələnmələri
- Anadangəlmə və qazanılmış ürək qusurları.
- Ürək əzələsini zəiflədən infeksiyalar.
- Aritmiyalar (ürək ritminin pozulması).
- Amiloidoz (zülal mübadiləsinin pozulması və zülalın müxtəlif toxumalarda yığılması).
- Ağ ciyər xəstəlikləri (emfizema, sarkoidoz).
- Qalxanvari vəzi fəaliyyətinin artması (hipertireoz).
- Ağır anemiya (qanazlığı).
- Miokardit (ürək əzələsinin iltihabı) və s.

Sağlamlıq     Baxılıb: 6183   Tarix: 25 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

yay geyimləri 2026 həkim məsləhəti qadın geyimi hamiləlik dövrü sandal ayaqqabilar dəri və saç qadın müdafiəsi kosmetika xanim az yumurta qızlıq pərdəsi google bayatı