Ürək çatışmazlığı zamanı dərmansız müalicə

Ürək çatışmazlığı zamanı dərmansız müalicəÜrək çatışmazlığı zamanı dərman müalicəsi ölüm hallarının və əlilliyin azalmasına səbəb olur. Dərmanların erkən təyini, sol mədəciyin sistolik disfunksiyasının simptomsuz gedişində klinik əlamətlərin qarşısını alır. Ancaq optimal dərman müalicəsinə baxmayaraq, ürək çatışmazlığının III-IV funksional dərəcəsində ölüm faizi yüksək olaraq qalır. Bu xəstələrin çoxu praktiki olaraq əmək qabiliyyətlərini itirir, təkrar həkim müayinələrinə və xəstəxanalarda yatmağa məruz qalırlar.
Ürək çatışmazlığının mülayim və ağır formalarında dərmansız müalicə xəstələrdə simptomların azalması və onların həyat keyfiyyətlərinin artmasına yönəlmişdir. Dərmansız müalicə 3 əsas qrupa bölünür:
1. Fiziki məşqlər və reablitasiya
2. Psixoloji durum və davranışa təsir
3. Xəstənin özünəyardım metoduna yiyələnməsi.
Müəyyən edilmişdir ki, fiziki məşqlər xəstələrdə ürək çatışmazlığının simptomlarının kəskinliyini və sinir sisteminin aktivliyini azaldır, eyni zamanda parasimpatik sinir sisteminin aktivliyini artırır. Nəzərə alsaq ki, parasimpatik sinir sisteminin aktivliyinin azalması ürək çatışmazlığı zamanı ölüm hallarının artmasına səbəb olur, belə nəticəyə gəlmək olar ki, fiziki aktivlik ürəkdə baş verən aritmiyaların sayını azaltmaqla ölüm faizinin aşağı düşməsinə səbəb olur. Fiziki məşqlərdən sonra simpatik sinir sisteminin aktivliyinin azalması onu göstərir ki, doğurdan da uzunmüddətli məşqlər ürək çatışmazlığı zamanı sol mədəciyin disfunksiyasının proqressivləşməsinin qarşısını alır.
Psixoloji duruma və davaranışa təsir göstərən metodlar xəstələrin daxili gərginliyinin azaldılmasına, sakitləşməsinə xidmət edir. Bütün bu metodların məqsədi xəstədə psixoloji gərginliyi azaltmaq və bununla əlaqədar olaraq həyat tərzini dəyişməkdən ibarətdir.
Xəstələrin ailədən aldığı dəstək ürək çatışmazlığı zamanı xəstələri üçün daha çox əhəmiyyət kəsb edir.
Ürək çatışmazlığı xəstələrinin müalicəsinin çətinliyi ancaq kliniki əlamətlərin ağırlığı və xarakteri ilə əlaqədar deyil. Bu həmçinin xəstənin öz xəstəliyi haqqında bilməməsi, həkimlə əməkdaşlıq edə bilməməsi, ürək çatışmazlığı əlamətlərinin erkən müşahidə edə bilməməsdindən, özünə yardım edə bilməməsindən də asılıdır.
Özünəyardımın müsbət nəticəsi aşağıdakılardan asılıdır:
- xəstənin öz xəstəliyi barədə məlumatın dərəcəsinin az olmasından
- xəstəyə yardım edən və psixoloji dəstək duran adamın şəxsi qabiliyyətindən
- xəstənin müalicədən sonra nəticələrin pis olmasını bilməməsindən
- yanaşı gedən xroniki xəstəliklərin ağırlıq dərəcəsindən.
Xəstə bəzi metodlarla özünə yardım edə bilər:
- həkimlə əlaqə saxlayaraq
- qidalanmasına nəzarət edərək
- xörək duzunu azaldaraq
- qəbul etdiyi bütün dərmanların qəbul qaydalarını və dozalarını bilərək
- özündə baş verən patoloji dəyişiklikləri həkimə dərhal xəbər verərək
- gündəlik fiziki aktivliyi planlaşdıraraq.
Xəstəni əhatə edən adamların belə xəstələrlə davranışı da xəstəliyin gedişində mühüm rol oynayır. Dərmansız təsirlər və dərman müalicəsinin birlikdə təsiri isə müalicənin effektivliyini artırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1146   Tarix: 21 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari sac duzumleri veten haqqinda insa zeytun mürəbbəsi gozalti qaralar ucun maska aysel əlizadənin toyu kosmetika ekizler sevgi ziyafet geyimleri qiz evi novruz hakista