Ürək sağlamlığını qorumağın yolları

Ürək sağlamlığını qorumağın yolları"Orta fiziki fəaliyyət və sağlam həyat tərzinin prinsiplərinə riayət etmək qocalıqda ürəyin sağlam olmasını təmin etməyə imkan verir".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı kardioloq Anastasiya Fomiçeva deyib.
"Əsas daha çox hərəkət etmək və oturaq vaxtı azaltmaqdır", - həkim bildirib.
Orta həcmdə məşq ürək sağlamlığına müsbət təsir göstərir. 50 yaşdan sonra sürətli gəzinti, üzgüçülük və ya velosiped sürmə kimi fiziki fəaliyyətlərə diqqət yetirmək daha yaxşıdır. Həkim yaşlı insanlara gündə ən azı yarım saat vaxtını aerobik məşqlərə ayırmağı, bir saat təmiz havada gəzintiyə çıxmağı məsləhət görüb.
"Ürək-damar sisteminin vəziyyəti də qidalanmadan asılıdır. Ən yaxşı seçim "Aralıq dənizi" pəhrizidir. Bu menyuya bitki mənşəli qidalar, yağlı balıqlar və zeytun yağı daxildir. Duz və sadə karbohidratların qəbulunu azaltmaq vacibdir", - Fomiçeva əlavə edib.
Ürək sağlamlığını qorumağın başqa bir prinsipi pis vərdişlərin və stresin olmamasıdır deyən həkim, həmçinin gündəlik rejimi qurmaq lazım olduğunu, keyfiyyətli yuxunun orqanizmin resurslarını bərpa etməyə imkan verdiyini xüsusi vurğulayıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1077   Tarix: 15 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim necə seçməli hamiləlik reseptler agardici maskalar resepti uz maskalari 2026 hicab geyimləri geyim qaydaları kosmetika usaq geyimleri muellim seiri tapmaca qadin.az dolça