Ürək sağlamlığının QIZIL QAYDASI

Ürək sağlamlığının QIZIL QAYDASIÜrək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin son zamanlar gənc nəsil də ürək xəstəliklərindən daha çox əziyyət çəkir və bu da həmin xəstəliyin - gəncləşdiyini göstərir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-kardioloq Fərid Əliyev deyib: "Ürək sağlamlığını qorumaq üçün siqaret çəkməkdən imtina etmək, sağlam qidalanmaq, transyağlardan uzaq olmaq, risk faktorlarını nəzarətdə saxlamaq lazımdır. Bunlarla yanaşı daim fiziki hərəkətlər etmək, təmiz hava udmaq da ürək sağlamlığında əhəmiyyətli rol oynayır. Lakin yalnız hərəkət etməklə həmin xəstəliklərin qarşısını almaq olmaz. Bunların hamısına əməl etmək sayəsində ciddi və yaxşı nəticə əldə etmək olar".
Ürək olduqca həssas orqandır. Həmin orqandan doğan xəstəliklər adətən bədəndə gizli formada irəliləyir. Lakin bir neçə əlamətlə də özünü büruzə verə bilir: "Əlamətlərdən biri sinənin ortasında basqı, yanam və ağırlıq hissidir və hər bir xəstədə fərqli formada müşahidə edilə bilər. Əksər hallarda həmin ağrı 15-20 dəqiqədən çox davam edərsə, bu, infarktın əlaməti sayıla bilər. Xəstəliyin coğrafiyasına fikir versək, nisbətən sakit bölgələrdə ona daha az rast gəlinir. Böyük şəhər və meqapolislərdə daha çox rast gəlinir", - deyə həkim-kardioloq bildirib.
Stres ürəyin ən böyük düşmənlərindən biridir. Mümkün qədər həmin situasiyalardan uzaq olmaq lazımdır. Bundan əlavə fiziki hərəkətlərin sistematik olaraq həyata keçirilməsi ürək sağlamlığını qoruyur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1205   Tarix: 02 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

reseptler geyim şəkilləri makiyaj instagram sizanaqlara qarsi maskalar toy ucun qisa donlar milli yemekler yay donları kosmetika xanım az sağlamlıq usaq seirleri hekaye janri haqisda