Ürək tutmasının baş verəcəyini bir həftə öncədən necə bilmək olar?

Urək tutması- vaxtsız ölümlərin əsas səbəblərindən biridir. Təhlükənin qarşısını almaq üçün isə ürəyin qayğısına qalmaq lazımdır. Bunun üçün çox hərəkət edin, spirtli içki və siqaretdən imtina edin, az əsəbləşməyə çalışın. Bu faktorlar ürək tutması riskini artırır.

Məsələ burasındadır ki, ürək tutması baş verməzdən bir həftə öncə müəyyən simptomlar başlayır. Bununla isə zarafat etmək olmaz.

Kritik hadisənin qarşısını almaq üçün yazılanları diqqətlə oxumağınızı məsləhət görərdik.

Hər kəs bilməlidir ki, risk qrupuna nəinki yaşlı insanlar, həmçinin gərgin həyat tərzi keçirən gənc kişi və qadınlar da daxildir.
Ürək tutmasının baş verəcəyini bir həftə öncədən necə bilmək olar?I Əlamət. Yuxululuq və daimi yorğunluq

Bu simptom arteriyaların daralmasından xəbər verir – bunun nəticəsində ürəyə az qan daxil olur, yorğunluq və daim dincəlmək arzusu qan dövranı sisteminin işindən xəbər verir. Əgər yorğunluq səbəbsiz yerə, tez-tez baş verirsə bu artıq problemdən xəbər verir.

II Əlamət. Qeyri-ardıcıl nəfəsalma

Tənginəfəslik ürəyə az qan daxil olduqda baş verir. Bu zaman ağciyərlər də öz funksiyasını yerinə yetirə bilmir. Özünüzdə bunu hiss edən kimi dərhal həkimə müraciət edin.

III Əlamət.Qəfil zəiflik

Əzələ zəifliyi, hərəkət etmək istəyinin olmaması, üzgün vəziyyət- əzələlərə az qan getməsinin əlamətidir. Əgər tez-tez, ürəkgetməyə yaxın vəziyyətə düşürsünüzsə bu o deməkdir ki, əzələlərinizdə oksigen çatışmamazlığı var və bu da ürək çatışmamazlığına gətirib çıxarır.

IV Əlamət. Başgicəllənməsi

Başgicəllənməsi və soyuq tər o insanlarda baş verir ki, onların beyninə kifayət qədər qan və oksigen getmir.Bu həyat üçün təhlükəli simptomdur, heç vaxt onunla zarafat etməyin!

V Əlamət. Döş qəfəsinin sıxılması

Bu siqnaldır: döş qəfəsindəki təzyiq ürək tutmasının yaxınlaşmasından xəbər verir. O, adətən belə başlayır.

VI Əlamət. "Dəridə buzlaşma"

Anlaşılmayan soyuqdan əsmə ürək tutmasından bir neçə gün əvvəl baş verə bilər. Ürək öz vəzifəsinin öhdəsindən gələ bilmədikdə, bu artıq aydın hiss edilir.
Əlbəttə ki, bu əlamətlərin hər biri digər xəstəliklər səbəbəbindən ola bilər. Dəqiq diaqnozu isə həkim qoymalıdır. Ancaq belə əlamətlərin cəmi dəqiq göstərir ki, artıq ürək şıltaqlıq etməyə başlayıb. Diqqətli olun, özünüzə nəzarət edin ki, qəfil faciə baş verməsin. Şübhələndiyiniz hallarda həkimə müraciət edin. O, profilaktik müalicə yazacaq və bununla da vəziyyət düzələcək.
Özünüzü və yaxınlarınızı qoruyun!

Sağlamlıq     Baxılıb: 5018   Tarix: 31 iyul 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

geyim və ayaqqabılar geyim seçimi geyim şəkilləri uzun saclarin yigilmasi zirincin faydaları ciyer qovurma murebbelerin hazirlanmasi kosmetika kahfe falı qiz evi toyuq salati englishdilində qulaq olumu