Ürək xəstəlikləri olanlar oxusun!

Ürək xəstəlikləri olanlar oxusun!Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yer tutur.

Ürək-damar sistemi xəstəlikləri çox yayılmış xəstəliklərdir. Lakin həkimlərin fikirinə görə müəyyən sadə qaydalara əməl edən xəstə özünü bu xəstəliklərin ağır fəsadlarından qoruya bilər.

Bu qaydalar arasında:

- Yağlı, duzlu, qızardılmış qidalardan imtina edin. Daha çox balıq yeyin. Balıq ürəyin sağlamlığına çox müsbət təsir edir, fəaliyyətini yaxşılaşdırır. Məhz bu səbəbdən mətbəxi dəniz məhsulları ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəlikləri daha az yayılıb. Əti həftədə 1-2 dəfə yeyə bilərsiniz.

- Qidalanmanızda duzun həcmini minimuma çatdırın. Duz damarların sağlamlığına mənfi təsir edir.

- Qidalanmanıza kaliumla zəngin olan qidaları daxil edin. Kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardan biridir. Kaliumla zəngin olan qidalar: üzüm, banan, brokkoli, sobada bişirilmiş kartof, sitrus meyvələri, kişmiş, ərik və ərik qurusu, xurma və s.

- Un məmulatlarının və şirin qidaların qəbulunu azaldın.

- Marqarin, spred və s. kimi "yağları", fast-fud, dükanlarda satılan müxtəlif peçenye, vafli, hazır tortlar və s. kimi məhsulları qidalanmanızdan çıxardın. Bu məhsullar insan orqanizminə ciddi ziyan vurur.

- Yağlı süd məhsullarını (yağlı pendir, xama, qaymaq və s.) yağlılığı daha az olan süd məhsulları ilə əvəz edin (kəsmik, yoqurt, kefir və s.).

- Artıq çəkiniz varsa, arıqlayın. Həkimlərin müşahidələrinə görə, bədən çəkisinin azalması xəstənin vəziyyətini xeyli yaxşılaşdırır.

- Həddindən artıq çox yeməyin. Bu bütün orqanizmin və o cümlədən ürəyin güclü yükləməsinə səbəb olur. Orqanizmi "aldadmaq" üçün yeməyi daha kiçik boşqablara çəkin.

- Siqaret çəkməkdən imtina edin. Bu pis vərdiş ürək-damar sistemi xəstəlikləri olan insanların həyatını qısaldır.

- Spirtli içkilərdən imtina edin. Bu orqanizmin və o cümlədən ürəyin güclü intoksikasiyasına (zəhərlənmə) səbəb olur.

- Çox yorulmayın, tez-tez istirahət edin, kifayət qədər yatın.

- Gündə 2 dəfə açıq havada gəzin. Səhhətiniz buna yol verirsə, yüngül bədən tərbiyəsi ilə məşğul olun (bu haqda həkimlə məsləhətləşin).

- Bağırsaqların fəaliyyətinə fikir verin, qəbizliyi müalicə edin. Bunun üçün qidalanmanızda hər gün meyvə-tərəvəz, göyərti olmalıdır.

- Streslərdən uzaq olun. Hər hansı söhbət, vəziyyət sizi qıcıqlandırır, əsəbləşdirirsə, söhbəti davam etməyin, bu insandan, yerdən və s. uzaqlaşın. Həkimlər sübut edir ki, KİV-i (televiziya, İnternet və s.) müasir insanlar üçün ciddi stress mənbəyidir. Bu səbəbdən insanlar televizorun və kompüterin qarşısında daha az vaxt keçirməlidir./saglamolun.az/

Sağlamlıq     Baxılıb: 3161   Tarix: 27 dekabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

kosmetoloq geyim şəkilləri donlar 2026 erzaqlar gavalinin faydalari keks reseptləri usaqlarda angina kosmetika intim munasibetler buga burcu baldiza aid atalar sozu xeyanet