Ürəkbulanma, ağrı və qaşınma: Həkim öd qatılaşmasının səbəblərini AÇIQLADI

Ürəkbulanma, ağrı və qaşınma: Həkim öd qatılaşmasının səbəblərini AÇIQLADI"Öd yaşılımtıl-qəhvəyi qələvi mayedir, xolesterin və öd duzlarından ibarətdir. Onun vəzifəsi qaraciyərdə istehsal olunan ödün saxlanması və yeməkdən sonra həzmi asanlaşdırmaq üçün ödü onikibarmaq bağırsağa buraxmaqdır. Həzm sistemində isə ödün əsas funksiyası yağları parçalamaqdır".
Milli.Az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib.
Həkimin sözlərinə görə, öd kisəsinin, öd yollarının və sfinkterinin əzələlərinin normal yığılması və tonusu pozulan zaman öd durğunluğu yaranır. Eyni zamanda yağların parçalanması və udulmasının açıq şəkildə pozulması inkişaf edir, bu da qan dövranında onların konsentrasiyasının artmasına səbəb olur. Xolestaz öd yollarında və öd kisəsində inkişaf edir, kəskin və xroniki olur.
"Öd qatılaşması müxtəlif səbəblərə görə inkişaf edə bilər. Ən çox rast gəlinən öd kisəsinin və ya öd yollarının açıqlığının pozulması, öddə daşların olması, ödün kist və ya şişlər tərəfindən sıxılması, öd kisəsinin və ya kanalların strukturunda anomaliyalar, onların əyilməsi, öd kisəsi və ya kanalların iltihabı, ödün qalınlaşması və kimyəvi xüsusiyyətlərinin dəyişməsi ilə müşayiət olunan endokrin və enzimatik pozğunluqlardır.
Həmçinin nizamlanmamış qidalanma, qida rejiminin pozulması, uzun müddət ac qalma və yeyilən yeməklərin keyfiyyətsiz olması, hərəkətsiz həyat tərzi, oturaq iş rejimi və piylənmə də öd qatılaşmasının inkişafına səbəb olan digər amillərdir. Bu vəziyyəti müalicə etmək üçün uyğun qidalanma, aktiv həyat tərzi və mütəmadi tibbi nəzarət vacibdir".
Jalə İbrahimova bildirir ki, öd qatılaşması özünü ürəkbulanma, qusma, gəyirmə, sağ qabırğa altında daimi ağrı, bağırsaqlarda köp, dəridə qaşınma, ağızda acılıq, qoxu, dəri və selikli qişaların zəif saralması, qaraciyərin bir qədər böyüməsi əlamətləri ilə göstərir. Belə əlamətlər müşahidə edirsinizsə, həkim-qastroenteroloq və terapevt tərəfindən vaxtında müayinədən keçmək vacibdir.
Aysel Əkbər
Milli.Az

Xəbərlər     Baxılıb: 1353   Tarix: 31 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy gecesi hamilelikde qidalanma gozel gorunmek şəkillər baş gicəllənməsi yagli saclar ucun meslehetler hamilelik kosmetika opusme arıqla veten seirleri vetene aid bayati sac modelleri