Ürəkbulanması hansı xəstəliklərin əlaməti ola bilər

Ürəkbulanması hansı xəstəliklərin əlaməti ola bilərÜrəkbulanması bir çox müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu xəstəliklər arasında:
- Qastrit və xora xəstəliyi zamanı ürəkbulanması xəstəni tez-tez narahat edir, qida qəbulundan sonra güclənir, qusma əmələ gələ bilər.
- Xolesistit (öd kisəsi iltihabı) zamanı ürəkbulanması qida qəbulu zamanı əmələ gəlir. Xəstə ağızda acı dad, qarının sağ tərəfində ağrı, qıcqırma hiss edir.
- Pankreatit (mədəaltı vəzi iltihabı) zamanı ürəkbulanması qida qəbulundan sonra əmələ gəlir. Digər simptomlar arasında: ağızda acı dad, köp, ishal, çəkinin azalması.
- Qara ciyər xəstəlikləri zamanı da ürəkbulanması ola bilər. Digər simptomları arasında: sağ qabırğaaltı nahiyyədə ağrılar, iştahasızlıq, qıcqırma, bəzən qusma, qarının köpməsi, yağlı qidaların qəbuluna dözümsüzlük, dərinin qaşınması,
- Appendisit zamanı ürəkbulanması qida qəbulu ilə bağlı olmur, ürəkbulanması qusmaya keçə bilər. Hərarətin artması müşahidə oluna bilər.
- Bağırsaq infeksiyaları, zəhərlənmə zamanı ürəkbulanması qida qəbulundan sonra artır, qusma inkişaf edir. Xəstə özünü halsız hiss edir, bəzən hərarət artır. Bir müddətdən sonra ishal başlaya bilər.
- Qurd xəstəlikləri (askarid, bizquyruq, tük baş qurd və s.) zamanı ürəkbulanması, qarında ağrılar tez-tez narahat edir.
- Vestibulyar apparatı ilə (bədənin müvazinətini nizama salır) bağlı olan problemlər də ürəkbulanmasına səbəb olur. Bu orqan daxili qulaqda yerləşir.
Ürəkbulanması başgicəllənməsi ilə birlikdə qəfildən əmələ gəlir (misal üçün, insan tez ayağa qalxdıqda). Bundan əlavə insanda qulaqlarda küy, müvazinətin pozulması kimi simptomlar inkişaf edir.
- Hipertoniya zamanı ürəkbulanması insanı gün ərzində vaxtaşırı olaraq narahat edir (xüsusilə səhərlər). Baş ağrısı, başgicəllənməsi tez-tez olur.
- Ürək çatışmazlığı, miokard infarktı ürəkbulanması ilə müşahidə oluna bilər. Ürəkbulanması daimi olur, bəzən qusma olur. Qarının yuxarı hissəsində döş sümüyü altında ağrı əmələ gəlir və getdikcə güclənir. İnsanda qıçqırma əmələ gələ bilər, dəri avazıyır.
- Hipotireoz (qalxanvari vəzi fəaliyyətinin azalması) zamanı insanı tez-tez yüngül ürəkbulanması narahat edir. İnsan az yeyir, lakin kökəlir, özünü daim yorğun hiss edir, daim üşüyür.
- Böyrək iltihabı zamanı da ürəkbulanması ola bilər. Digər simptomlar: bel nahiyəsində ağrılar, üşümə, hərarətin artması, sidik ifrazı prosesinin pozulması.
- Hamiləliyin əvvəlində ürəkbulanması və qusma qadınların əksər hissəsini narahat edir. Buna "toksikoz" deyilir. Adətən bu hallar hamiləliyin 12-13-cü həftələrinə kimi davam edir. Menstruasiyadan əvvəl də bir çox qadınları ürəkbulanması narahat edir. Bu hormonal fonun dəyişilməsi ilə bağlıdır.
- Ürəkbulanması və qusma baş beyini şişi, hematoması, baş beyində qan dövranın pozulmaları, beyin silkələnməsi zamanı ola bilər. Baş beyini şişi zamanı ürəkbulanması əksər hallarda səhər müşahidə olunur, başgicəllənməsi ilə müşayiət olunur.
- Miqren (güclü baş ağrısı) tutmaları ürəkbulanması və qusma ilə müşayiət olunur.
- Bəzi dərman preparatların qəbulu (antibakterial preparatlar, dəmir preparatları, bəzi iltihabəleyhinə preparatlar və s.) da ürəkbulanmasına səbəb olur. Kimyəvi terapiya keçən xəstələr də ürəkbulanması və qusmadan əziyyət çəkir.
- Boyun əzələlərinin həddən artıq gərginləşməsi (misal üçün, kompüterdə uzun müddət ərzində işlədikdə) ürəkbulanmasına və başgicəllənməsinə səbəb ola bilər.
- Boyun osteoxondrozu zamanı da insanı ürəkbulanması narahat edir.
Əgər ürəkbulanması sizdə tez-tez təkrar olunursa, mütləq həkimə müraciət edin. Bəzən ürəkbulanması çox təhlükəli xəstəliklərin əlaməti ola bilər.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 3083   Tarix: 26 noyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

geyim seçimi makiyaj instagram kosmetik vasiteler nişan geyim modelləri hamilelikde qidalanma piroqlar soyuqdəymə müalicə kosmetika kahfe falı novruz hakisdalari bayatılarımızda vətən həsrəti novruz rəksanə