ÜRƏKDAĞLAYAN HADİSƏ- Faciəvi şəkildə ölən Xalidin bu arzusu yarımçıq qaldı...
Lənkəran rayon, Liman şəhər İ.Mahmudov adına 1 saylı orta məktəbin direktoru Əlövsət Qurbanov dünən 11-ci sinif şagirdi olan iki məktəblinin dəhşətli qəzaya düşməsi hadisəsi ilə bağlı açıqlama verib.
Lent.az-a danışan məktəb direktoru deyib ki, qəzaya düşən uşaqlar dünən ümumiyyətlə dərsdə iştirak etməyiblər: "İkisi də 11-ci sinifdə oxuyurdu. Xalid Limanda, Kənan isə Qumbaşı kəndində yaşayır. Dünən Xalid gedib atasının maşını ilə Qumbaşıdan Kənanı götürüb. Dərs ilinin axırıdır, uşaqlar "Son zəng"ə hazırlaşır, tədris proqramı da artıq yekunlaşıb. Ona görə yəqin ki, dərsə gəlməyiblər".
Məktəb direktoru əlavə edib ki, qəzada vəfat edən Xalid Cəfərli bir neçə gün əvvəl ali məktəbə qəbul olmaq üçün imtahan veribmiş və 474 bal toplayıbmış: "İkisi də çox tərbiyəli, mədəni uşaqlar idi. Xalid ali məktəbə hazırlaşırdı, artıq qəbul olunmuş sayılırdı. Kənan da onun kimi mərifətli oğlan idi. Allahın qismətidir. Maşını idarə edərkən ehtiyatsızlıq ediblər, belə bir hadisə yaşanıb".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xəyanətə uğramaq məni çox dəyişdi
Cavanşir Məmmədovun anım günüdür
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir
İndi toylarda gəlinlə bəy bir-birinin üzünə baxmır' - Aparıcıdan tənqid
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər