Ürəkdə də xərçəng yaranırmış - Səbəb və əlamətlər

Ürəkdə də xərçəng yaranırmış - Səbəb və əlamətlərÇox insanlar yanlış olaraq elə bilir ki, ürəkdə xərçəng olmur və belə bir hadisə eşitmədiklərindən əmindir ki, ürəkdə bədxassəli şiş yaranmır. Həqiqətən də ürək xərçəngi nadir halda rast gəlinir, amma onkologiyada var. Bunu həkimlər və alimlər bilir. İndi sizin də bilməyinizin vaxtı gəlib.

Statistikaya görə, təkcə ABŞ-da bu diaqnozla ildə 3 pasiyent qeydə alınır. Dünyada isə belə xəstələr çoxdur. Bəlkə də çox xəstələr bu diaqnozu heç öyrənmədən ürək problemindən ölür.

Ürək əzələrində rast gəlinən şiş əslində ikincili xərçəngdir. Yəni digər orqanlarda yaranmış xərçəngin metastazıdır: ağciyər, süd vəzi, mədə, mədəaltı vəz, onurğa, qalxanvari vəz və s.

Xəstəliyin irəli mərhələlərində şiş ürəyə də sıçrayır.

Ürəyin yeganə birinci dərəcəli xərçəng növü isə sarkomadır.

Bu qrupa aiddir:

-Angiosarkoma - damar və limfalardan yaranır

-Fibrosarkoma - yumşaq toxumada yaranır

-Liposarkoma - mezinximin hüceyrələrindən qaynaqlanır

-Rabdosarkoma - əzələdən başlaylr

Ürək şişlərinin yaranmasına bu faktorlar səbəb olur:

-Digər orqanlarda şiş və metastazlar

-İnfeksion xəstəliklər

-Çox siqaret və içki

-Orqanizmin toksinləşməsi

-Damar problemi

-Həddən artıq çəki, piylənmə

Risk qrupunda 55-70 yaş arası kişilərdir.

Simptomları:

-Hərarət yüksəlməsi

-Orqanizmin ümumi zəifləməsi

-Sinədə, kürəkdə küt ağrı

-Ürk ritminin pozulması - zəiflik, yüksəlmə

-Ürək çatışmazlığı əlamətləri

-Ürək blokadası

-Dəridə səpki, qaşınma

-Təngnəfəslik

-Titrətmə

-Taxikardiya

Nəyə görə ürək şiş hüceyrələrinə dözümlüdür?

Məsələ ürək əzələsinin strukturu və bu orqanda qan dövranı və maddələr mübadiləsinin güclü olmasındadır. Əzələ hüceyrələri miositlər digər orqanların hüceyrələri kimi bölünüb çoxalmır. Onların ölçüsü böyüyür. Xərçəng isə hüceyrə bölünməsindən yaranan xəstəlikdir. Ürək əzələsinin miositlərinin bölünməsi erkən mərhələdə dayandığı üçün şiş hüceyrələri orda yayılmır.

Amma bu hüceyrələr bir tərəfdən xərçəngə qarşı dözümlüdürsə, digər tərəfdən onların bölünməməsi insan üçün lənətdir. Məhz bu xüsusiyyətinə görə ürək-damar zədələnmələri bərpa olmur, insanı tez öldürür. Ürək toxuması nekroz olarsa, o bir daha bərpa olmur.

Diaqnostika

Erkən mərhələdə onu tapmaq qeyri-mümkündür. Çox ustalıqla maskalanırlar. İlk olaraq kardioloq müayinəsi, KT, ürək MRT-si aparılır, analizlər yoxlanılır. Əgər həkim yanaşı digər əlamətlərə fikir versə, düzgün diaqnoz etsə, xərçəngi aşkarlayır. Adətən bunu hər həkim bacarmır və 80% hallarda xəstə artıq metastazlaşmış vaxtda gəlir. Ürək xərçəngi xəstəyə 12 ay vaxt verir.

Müalicəsi

Təəssüf ki, uğurlu deyil. Əməliyyat edib şişi götürmək mənasızdır, çünki ürək quruluşu və əzələsi, hüceyrəsi buna imkan vermir və şiş kəsilsə də, 1 il sonra təkrar yaranır. Adətən kimya və şüa terapiyası verilib, metastaz yubadılır. Uğurlu kimyaterapiya olsa, xəstənin ömrü 3-5 il arası uzanır.

Sağlamlıq     Baxılıb: 1921   Tarix: 13 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

qis geyimləri 2026 yemek reseptleri toy gecesi kakos yagi hamiləlik təqvimi elaci gavalinin faydasi kosmetika qız bürcü haxisdalar qizliq perdesi qaynana hakista kurtlar vadisi