Uşağa yaxşı təhsil vermək üçün 5 VACİB FAKTOR

Uşağa yaxşı təhsil vermək üçün 5 VACİB FAKTORTəhsilin yaşı yoxdur. Ancaq hansı yaşda olursunuzsa-olun təhsil həyatını bir sistem içərisində davam etdirmək, təməl mövzularda və anlayışlarda özünü mümkün qədər inkişaf etdirmək vacib şərtdir. Xanim.az lent.az-a istinadən təhsillə bağlı yeni dünyagörüşünə sahib olmaq istəyənlər üçün 5 əhəmiyyətli mövzunu təqdim edir.

İngilis təhsilində yeni bir dünyagörüşü: qaydalarla deyil, yaşayaraq öyrənmək

Xarici dil bütün təhsil həyatımız boyu ən çox əhəmiyyət verdiyimiz əsas mövzulardan biridir. Çünki müasir dövrlə ayaqlaşmaq, yaxşı karyera, iş qurmaq, ictimai həyatda ünsiyyət qurmaq, məlumat toplamaq və bacarıqlarımızı inkişaf etdirə bilmək üçün xarici dili yüksək səviyyədə bilmək məcburiyyətindəyik. Xarici dil tədrisinin bu qədər əhəmiyyətli olmasına baxmayaraq, istənilən səviyyədə nəticə ala bilmirik. Mövcud vəziyyətin dəyişməsi və ideal xarici dil təhsilinin inkişaf etdirilməsi üçün təhsil müəssisələri çox işlər görür. Təməl problem xarici dil təhsilinin gündəlik həyatımıza daxil olmamasıdır. Davamlı olaraq qaydalara bağlı bir dil təhsili gündəlik həyatımıza daxil olmadıqca məhsuldar ola bilməz.

Mühakimə etmək üçün riyaziyyat şərtdir

Riyaziyyat təhsil həyatında əhəmiyyətli fəndir. Buna baxmayaraq, bir çox şagird bu dərsi sevmir. Riyaziyyatın çətin dərs olduğu deyilir. Lakin bu problem şagirdin özündə axtarılmalıdır. Təhsil sisteminə gələn yeni həll üsulları bu mövzunu yenidən gündəmə gətirir. Bununla yanaşı qeyd edək ki, riyaziyyat təhsilində hədəflərlə mühakimənin birbaşa əlaqəli olduğunu bilən, riyaziyyatı bu anlayışla öyrənən şagird və tələbələrin dərsə yanaşmaları da artıq əvvəlki kimi deyil.

Həyat boyu təhsil dedikdə nə anlayırıq?

Həyat davam etdikcə təhsil də davam edir. Bu cümləni tez-tez eşidirik, amma həqiqətdə isə həyat boyu təhsil dedikdə nə anlayırıq? Bir insanın özünü inkişaf etdirməsi "fərd" olma müddətində evdə, məktəbdə, ictimai ətrafda həyatına qata bildikləri, təhsil anlayışının fərqli istiqaməti və ölçüsüdür. Bu səbəbdən də həyat boyu təhsili çoxyönlü dərk etmək lazımdır. Çünki həyatın içində hər birimiz bir müəllim və ya şagird mövqeyində ola bilərik. Təhsili məktəb təhsili ilə məhdudlaşdırmamaq, həyatın hər sahəsinə yaymaq və bu mövzuda fərqlilik yaratmaq hamımızın ortaq məsuliyyətidir.

"Sən" dili ilə deyil, "mən" dili ilə danışmaq əhəmiyyətlidir

Valideyn olmaq çox böyük məsuliyyətdir. Uşaq doğulduğu ilk gündən etibarən davamlı olaraq onunla ən doğru ünsiyyəti qurmağın yollarını axtarırıq. Uşağın böyüdüyü ailə mühiti, valideynlərin davranışları, ailədaxili ünsiyyət forması uşağın tərbiyəsini təyin edən əhəmiyyətli faktorlardan biridir. Elə bu yerdə "sən" dili ilə deyil, "mən" dili ilə danışmağın əhəmiyyəti ortaya çıxır. Ünsiyyətdə "mən" dilini istifadə edən ailələr vaxt keçdikcə bu dilin uşaqlar üzərindəki müsbət təsirini daha dəqiq görür.

Məlumatdan maraq, maraqdan qabiliyyət doğulur

Uşaqlarınızın maraq və qabiliyyətlərinin nə qədər fərqindəsiniz? Hər uşağın xüsusi bir qabiliyyəti var deyə bir qayda yoxdur. Ancaq uşaqların mütləq maraq duyduğu və müvəffəqiyyətli olduğu sahələr var. Uşaqlarda qabiliyyətin təsbit edilməsi üçün ailələrin maraq sahələri ilə əlaqədar lazımi şərait yaratması və məlumat verməsi əhəmiyyətli addımdır. Bu addımı atmaq üçün də ailələr uşaqlarının yalnız fiziki inkişaflarını deyil, zehni inkişaflarını və psixologiyalarını də təqib etməlidirlər. Hər ailə uşağını müəyyən bir yaşdan etibarən bir sahəyə istiqamətləndirmək istəyir. Ancaq bu istiqamətləndirmə valideynin öz maraqlarına görə deyil, uşağın maraqlarına əsasən olmalıdır.

Xəbərlər     Baxılıb: 1742   Tarix: 14 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

turlar.az

geyim seçimi sade makiyaj sekilleri sac duzumleri qadin donlari hicab ortukleri sobada toyuq qizartmasi doğumdan sonra kosmetika uzeyir hacibeyli burclerin uyumu ikizler vetene aid bayati novruz bayramına aid bakışta