Uşağı təcavüzdən necə qorumaq olar. MƏSLƏHƏTLƏR

Uşağı təcavüzdən necə qorumaq olar. MƏSLƏHƏTLƏRSon zamanlar uşaqlara qarşı artmaqda olan təcavüz hadisələrinə görə hər birimiz dərindən üzülürük.
Artıq valideynlər öz uşaqlarını pisniyyətli insanlardan nə cür qoruyacağına dair müxtəlif həll yollarını qayğılı şəkildə axtarmağa başlamışlar. Əvvəllər valideynlərimiz bizi tanıdığımız qonşu və qohumlarımızla bərabər rahatlıqla buraxa bilərdilərsə, müasir dövrün valideynləri bu addımı atmaqda çətinlik çəkirlər. Bu da təbiidir. Çünki dünyada aparılan araşdırmalar da göstərir ki, uşaqlıqda cinsi təcavüzə məruz qalma hallarının 90%-i yad bir insan tərəfindən deyil, uşağın məhz tanıdığı, inandığı və artıq etibarlı münasibətlər qurduğu insanlar tərəfindən baş vermişdir.
Uşaqlara hər hansı bir şəkildə təcavüz göstərmək istəyən insanlar hər yerdə, hətta sosial, elmi və mədəni insan qrupları arasında belə ola bilər. Onların xüsusi qorxunc görünüşləri yoxdur. Onların zahiri görkəmlərindən kim olduqlarını da müəyyən etmək mümkün olmur. Onlar həqiqi sifətlərini mahir şəkildə gizlətməyi bacaranlardır. Bu da onların əsas aldadıcı cəhətidir.
Amerikanın İtkin düşmüş və İstismara məruz qalmış Uşaqlar üzrə Dövlət Mərkəzi tərəfindən hazırlanmış hesabata əsasən, cinsi təcavüzə məruz qalmış uşaqların 84%-i 12 yaşı tamam olmamış uşaqlardır. Ona görə cinsi təcavüz üçün ən həssas yaş dövrü 9-12 yaş arası hesab edilir. Bu səbəblə, gələcəklərinə ümidlə baxdığımız övladlarımızı təhlükəli insanlardan qorumaq üçün sizə safelyeverafter.com saytının  bir neçə tövsiyələrini təqdim edirik:
- Uşaqlarınıza dəfələrlə xatırladın: Təhlükəli olmayan xoş niyyətli böyük adamlar heç vaxt kiçik uşaqlardan kömək istəmirlər, əgər böyüklərə hər hansı bir kömək lazım olarsa, onlar digər böyüklərdən yardım istəyirlər.
- Heç vaxt öz uşağınızı nəzarətsiz qoymayın. Hətta bir dəqiqəlik olsa belə.
- "Yad və ya tanımadığın adam" sözünü "hiyləgər adam" sözü ilə əvəz edin. Başqa sözlə desək, bu söz onların görünüşünü deyil, onların niyyətlərini göstərir, yəni uşağa nə demək istədiyini və uşaqla nə etmək istədiklərini göstərir, məhz bu xüsusiyyət onları təhlükəli və "hiyləgər" edir.
- "Hiyləgər adam" sizin yaxşı tanıdığınız və ya heç tanımadığınız, yaxud da bir az tanıdığınız - məsələn, məhəllə dükanında çalışan satıcı, ya da poçtalyon - və ya digər biri ola bilər. Bir insan ki, uşaqların təhlükəsizliyini pozmağa və onların bədənlərinə zərər toxundurmağa çalışır, həmin insandan artıq ehtiyat edilməlidir.
- Öz uşağınıza qulaq asın. Əgər övladınız hər hansı bir şəxsin yanında olmağı istəmirsə, məsələn dayənin, qohumun və ya ailə dostunun, onu buna məcbur etməyin. Bəlkə də bu əlamətlər sizin bilmədiyiniz bir məsələyə işarə edir.
- Daha böyük uşaqlarla kiçik uşaqların birlikdə olduğu ortamlarda diqqətli olun. Xüsusilə oyun oynama saatlarında uşaqların olduğu otaqların qapısını açıq saxlayın.
- Öz uşaqlarınızla təhlükəslizlik qaydalarını şəxsən məşq edin: Əgər ticarət mərkəzində itərlərsə, nə etməlidirlər? Əgər hər hansı bir şəxs onlardan yolu soruşarsa və ya kömək istəyərsə, nə deməlidirlər?
- Uşaqlarınızın adını onlara məxsus olan hər hansı bir şəxsi əşyalarının və ya geyimlərinin üst və görünən tərəfində yazmayın, məsələn, bel çantasının üzərində və ya gödəkçənin üst tərəfində.
- Daha böyük uşaqların hər zaman və mümkün olduqca sıx münasibətləri olan bir dostu olmalıdır. Siz də həmin dostunu və valideynlərini yaxından tanıyın.
- Narahatedici hisslər: öz instinktlərinizə inanın və uşaqlarınıza da öz instinktlərinə inanmağın normal olduğunu izah edin.
- Səmimi ailə prinsipləri qurun: Ailədə heç bir sirrə izn verməyin. Xüsusilə, əgər bu, intim yerlərə və ya narahatedici toxunuşlara aiddirsə. Bunları hər zaman valideynə danışmaq icazəlidir.
- Qoyun, uşaqlarınız özləri öz sevgi hisslərini istədikləri kimi bildirsinlər. Onları başqa birisini -qohumları, tanışları, dostları qucaqlamağa və ya öpməyə məcbur etməyin.
- Uşaqlarınızla kifayət qədər vaxt keçirin. Çünki valideyn diqqətinə həsrət qalan uşaqlar təhlükəli insanların tələsinə asanlıqla düşə bilərlər.
- Uşaqlarınızın məktəbdəki və ya məktəbdənkənar məşğuliyyətlərində könüllü kimi iştirak edin. Bununla da, uşaqlarınıza qarşılıqlı təsir göstərənlərin kim olduğunu öyrənin.
- Övladınızla güclü ünsiyyət əlaqələrini elə qurun ki, onları nə isə bir məsələ narahat edəndə sizə rahatlıqla danışa bilsinlər.
- Təhlükəsizlik anlayışlarını nəvazişlə və yumşaq şəkildə öyrədin. Qorxutmaq taktikası uşağınızın qorxularını artıra bilər və həm də belə taktikaya heç də gərək yoxdur.
- Uşaqlara hər hansı bir şəkildə zərər toxundurmaq istəyən insanlar onların ətrafında olan və hələ də nəyin düzgün, nəyin isə səhv olduğunu tam olaraq ayırd edə bilməyən və ya bu barədə öz valideynləri tərəfindən heç bir zaman təlimlənməyən daha böyük uşaqlar və ya yeniyetmələr də ola bilər. Buna görə dəyərli valideynlərimizi öz övladlarına qarşı daha da diqqətli olmağa çağırırıq. Unutmayın ki, övladlarımız Allahın əmanətidir. Onları qorumaq bir valideyn kimi üzərimizə düşən əsas məsuliyyətlərdən biridir.
Hazırladı: Ülviyyə Mirzəyeva
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 948   Tarix: 18 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

yaz geyimleri 2026 hamiləlik geyim necə seçməli ana haqqinda atalar sozleri ancelina colinin sekilleri milli yeməklər cavanlasdirici maskalar kosmetika nizami gəncəvi statuslar xlor lekesi veten seirleri novruz bayramına aid hakışda