Uşağı xiyar və çayla müalicə edən həkim cəzalandırıldı - Səhv diaqnoz
Cənubi Kuril şəhər xəstəxanası barədə məhkəmə 150 min rubl cərimə qərarı verib.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, buna səbəb xəstəxanaya gətirilmiş 6 yaşlı uşağa səhv diaqnoz və müalicə təyin edilməsi olur.
Ötən ilin dekabrında yüksək qızdırma və üz, gözün şişməsi əlamətləri ilə gətirilən uşağa həkimlər düzgün diaqnoz qoymadan, müəyyən dərmanlar və gözünə xiyar və çay paketi qoymaq tövsiyə ediblər.
Ana həkimlərin dediyini etsə də 2 günə uşaq ağırlaşıb. Reanimasiyaya çatdırılan xəstənin başında yumurta boyda irin kisəsi aşkarlanıb.
İltihablı haymor cibindən beyində abses yaranıb.
Uşağın kəlləsini açıb, beynin sanasiyası aparılıb.
Saxalin əyalətinin Səhiyyə Nazirliyindən bildirilib ki, xəstəlik tipik getməyib və əlamətləri yayındırıcı olub. Diaqnoz isə gecikmiş qoyulub.
Prokurorluq xəstəxanada yoxlamalar aparıb və iş məhkəməyə təqdim olunub.
Uşağı xilas etmək mümkün olub.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi