Uşağın sidik-ifrazat sistemində zədələnmənin olmasını necə şübhələnmək olar?

Uşağın sidik-ifrazat sistemində zədələnmənin olmasını necə şübhələnmək olar?Uşağın boy və fiziki inkişafda geri qalması, hərarətin "səbəbsiz" olaraq 38-400C-yə qalxması, yüksəlmiş susuzluq hissiyyatı, həddən artıq həcmdə sidiyin ifraz edilməsi, arterial təzyiqin qalxması, ətraflarda, bədəndə və üzdə şişkinliklərin əmələ gəlməsi, sidiyə getmə tezliyinin və onun həcminin adi günlərə nisbətən azalması və bir sıra digər əlamətlər uşağın sidik ifrazı sistemində müəyyən xəstəliklərin olmasına işarə edə bilər.
Bundan başqa, uşaqda bel nahiyəsində ağrı, qarnında ağrı və köp, qusma halları da ola bilər. Bu hallar xəstəlik prosesinə dəlalət edir və təcili mütəxəssis müdaxiləsi tələb edir.
Valideynlər mütəmadi olaraq uşağın sidiyinin rənginə və qoxusuna fikir verməlidirlər. Sidiyin rənginin nisbətən tündləşməsi, onda bulanıq çöküntünün olması, kəskin qıcqırmış iy verməsi, sidikdə qan qarışığının olması kimi əlamətlər onun orqanizmində patoloji halın olmasını göstərərək, tez bir zamanda uroloqa müraciət etməyi tələb edir.
Ancaq onu da nəzərdə saxlayın ki, bəzi dərmanların qəbulu, bəzi məhsullar (çuğundur, yerkökü) da sidiyin rəngini dəyışə bilər.
Sahə pediatrları müəyyən dövrdən bir uşağın sidiyini müayinə edirlər. Hətta uşağınızın sidiyində heç bir dəyişiklik hiss etməmiş olsanız da, bu müayinəyə etinasız yanaşmayın.
Analiz üçün sidiyin düzgün şəkildə yığılmasının böyük əhəmiyyəti vardır. Adi sidik analizi üçün qabaqcadan təmiz yuyulmuş şüşə qaba uşağın səhər ilkin sidiyini yığmaq lazımdır. Analiz yiğmamışdan qabaq uşağın xarici cinsiyyət üzvləri (patoloji mikrobların sidiyin tərkibinə daxil olmaması məqsədi ilə) ilıq su ilə yaxşı-yaxşı yuyulmalıdır. Onu da nəzərdə saxlamaq lazımdır ki, sidiyin yığılması və analizə verilməsi arasında nə qədər az vaxt keçmiş olarsa, müayinənin nəticəsi bir o qədər dəqiq olar.
Uşağın xarici cinsiyyət üzvlərində hər hansı bir iltihab prosesi varsa, sidiyin analizə verilməsi məsləhət olunmur. Çünki bu zaman cinsiyyət üzvlərindən sidiyə mikrobların düşməsi nəticəsində analizin cavabı yanlış ola bilər.
Əgər uşağın valideynlərində və ya yaxın qohumlarından hər hansı birindəsə böyrək və ya sidik ifrazı sistemi üzvlərində anadangəlmə inkişaf güsurları olmuşdursa, elə həyatının ilk anlarından uşağı mütəxəssisə göstərmək lazımdır. Sidik ifrazı sisteminin bəzi ağır güsurları (məsələn, böyrəklərin polikistozu, "artıq" böyrək və s) irsi olaraq uşaqlara da keçə bilər.
Onurga sütunu düzgün formalaşmayan uşaqlarda əksər hallarda sidik-cinsiyyət üzvlərinin patologiyaları da rast gəlinir.
Uşaqlarda böyrək və sidik ifrazı sistemi patologiyalarının qarşısını almaq üçün ilk növbədə uşaq yaşlarında karioz dişlər, xroniki tonzillit, adenoidit kimi xroniki infeksiya ocaqlarını müalicə etmək lazımdır. Uşaqları soyuqdəymələrdən və infeksiyalardan qorumalı, qəbizlik, bağırsaq disbakteriozu və parazitar (qurd) xəstəliklərini vaxtında müalicə etmək məsləhət görülür.
Bundan başqa, uşaqlara ağır əşyalar qaldırmamaq, yaşa uyğun olmayan fiziki gərginliyə məruz qalmamaq da tövsiyə edilir.
Heç bir halda uşaqların müalicəsində (hətta "ən sadə" hesab etdiyiniz xəstəliklərdə də!) özfəaliyyət göstərməyin! Ona görə ki, kifayət qədər müvafiq tibbi məlumatlara malik olmayan şəxs tərəfindən təyin edilən dərmanlar bəzi hallarda müalicə etmək əvəzinə, uşağınızın bir çox orqanlarına çox böyük zərər vura bilər!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1959   Tarix: 07 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yayda ən təhlükəli spirtli içki hansıdır?

Yay aylarında bir çoxları sərinlənməyin ən təhlükəsiz yolunun soyuq pivə, sidr və ya şirin kokteyl içmək olduğunu düşünür. Güclü spirtli içkilərdən istidə uzaq durmağa çalışsalar da, az alkoqollu içkilər çox vaxt zərərsi

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

Bu məşq yuxuya getməyinizə kömək edəcək

Yaponiyada tətbiq olunan və ilk baxışdan qəribə görünən bir məşqin yuxuya daha tez getməyə kömək edə biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, tarakan metodu kimi tanınan bu üsulun arxasında elmi əsaslandırma dayanır

.

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

İnsanın maye ehtiyacı təkcə havanın temperaturu ilə deyil, həm də bədən çəkisi, fiziki aktivlik dərəcəsi, yaş, sağlamlıq durumu və ətraf mühitin rütubəti ilə müəyyənləşir. -a istinadən xəbər verir ki, bu barədə tibb elmlər

.

100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner qəhvə istehlakı ilə bağlı maraqlı məsləhətlər verib. xəbər verir ki, onun sözlərinə görə, qəhvədən maksimum fayda əldə etmək istəyənlər bu içkini günün ilk yarısında qəbul etməlidirlər

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

turlar.az

geyim şəkilləri qaşların formalari gözəllik məhsulları banan pirojnasi xina ucun hakistalar kişi xəyanəti kosmetika brusell bakteriyası qurd xəstəliklərinə qarşı mualicə xanim.az veten haqqinda bayati sirin qogal