Uşağınız gec yatırsa

Uşağınız gec yatırsaYəqin, çox az valideyn tapılar ki, bu problemlə üzləşməsin.
Çünki əksər ailələrdə yuxu rejimi ilə bağlı valideynlərlə uşaqlar arasında anlaşılmazlıqlar baş verir. Xüsusilə də, axşamlar günün yorğunluğundan xilas olmaq istəyən böyüklər üçün belə hallar daha xarakterikdir. Üstəlik, əgər evdə ata da, ana da işləyirsə, problem daha da dərinləşir. Ancaq ilk illərdən başlayaraq, uşağı yuxu rejiminə alışdırmaqla problemin qarşısını ala bilərsiniz. Bəs elə isə uşaqlar niyə gec yatmaq istəyirlər? Təbii ki, bunun bir yox, bir neçə səbəbi var. İlk növbədə, 3-6 yaş dövründə olan uşaqlar qaydaları pozmaqla əslində valideynlərinin "səbir kasalarını" yoxlamağa çalışırlar. Əsasən bu "test" valideynlərin ən çox üzərində durduqları şeylər ətrafında baş verir (məsələn, indiki halda yuxu rejimi kimi). Digər tərəfdən, əgər evdə ata da, ana da işləyirsə, uşaq bu boşluğu doldurmaq üçün yatmaq istəmir. Başqa bir səbəb isə uşağın gecələr qorxduğu üçün yuxuya getməkdə çətinlik çəkməsidir. Yeri gəlmişkən deyək ki, belə problemlər daha çox məktəb yaşına çatmamış uşaqlar üçün xarakterikdir. Məktəb yaşına çatmış uşaqlarda isə bu problemin əsas səbəbi stresdir. Digər tərəfdən, bu problem uşağın həyatında baş verən hər hansı bir hadisəyə reaksiyası kimi də ortaya çıxa bilər. Məsələn, ailədə boşanma hadisəsinin baş verməsi və ya ailədə yeni uşağın dünyaya gəlməsi kimi... Təbii ki, uşaqların yaşadıqları bu cür problemləri vaxtında hiss etmək çox vacibdir. Bu baxımdan valideynlik təkcə fədakarlıq yox, həm də bilik və bacarıq deməkdir. Bu problemin baş verməsinin bir səbəb də ilk illərdə evdə müntəzəm yuxu rejiminin olmaması və ya yuxu rejiminə riayət edilməməsidir. Bəs uşaqlara yuxu rejimini necə aşılamaq olar? Bunun üçün ilk növbədə aşağıdakı maddələrə riayət etmək lazımdır:
1. Uşağı yuxuya həvəsləndirmək üçün yatmazdan əvvəl ona bir nağıl danışın. Yaşından asılı olaraq uşağınızın otağında gecə lampası da yandıra bilərsiniz. Əgər uşağınızın yata bilməməsinə səbəb qorxudursa, otağının qapısını azacıq açıq qoya və ya sevdiyi bir oyuncaqla yatmasına icazə verə bilərsiniz.
2. Uşağınız niyə tez yatmalı olduğunu bilməlidir. Ona görə də, bu vəziyyəti uşağınıza başa düşə biləcəyi bir şəkildə izah edin. Yeri gəlmişkən deyək ki, məktəbəqədər dövrdəki uşaqlar üçün yuxu müddəti gündə 10-12 saat, böyüklər üçün isə 6-8 saatdır.
3. İlk illər uşağınız üçün konkret yuxu rejimi tətbiq edin və mümkün qədər bu rejimin pozulmasına imkan verməyin. Unutmayın, yuxu rejimi sizin iradənizdən asılıdır.
4. Uşağınızın mövqeyinizdə hər hansı bir boşluq hiss etməsinə imkan verməyin. Əgər uşağınız ikinizdən birinizin mövqeyində boşluq hiss etsə, çəkinmədən ondan istifadə etməyə çalışacaq. Ona görə də, istər bu məsələdə, istərsə də başqa məsələlərdə həyat yoldaşınızla eyni dildə danışmağa çalışın.
5. Yuxu rejimində ifrat mövqe tutmaq da doğru deyil. Məsələn, həm uşağınız, həm də ailənizlə bağlı hər hansı müsbət və ya mənfi hadisə uşağınzın yuxu rejimini dəyişə bilər. Digər tərəfdən, ara-sıra uşağınızın müsbət hərəkətlərini mükafatlandırmaq üçün də yuxu rejimində müəyyən güzəştlərə gedə bilərsiniz.
6. Siz televizorun qarşısında oturmusunuz, uşağınızdan isə yatmağı tələb edirsiniz. Təbii ki, uşaq üçün bunu qəbul etmək o qədər də asan deyil. Bunun üçün (xüsusilə də, uşağınıza yuxu rejimini aşılamağa çalışdığınız ilk illərdə) televizoru söndürə və ya yuxı saatına yarım saat qalmış "Bir az sonra yatmaq vaxtıdır!" kimi xəbərdarlıqlarla uşağınızı yatmağa hazırlaya bilərsiniz. Digər tərəfdən, yuxu saatına yaxın uşaqlarla hərəkətli oyunlar oynamaq olmaz.
7. Gec yatan uşaqların gec oyanması da təbiidir. Bu problemi aradan qaldırmaq üçün uşağınızın başqa vaxtlarla müqayisədə daha tez yatdığı və daha tez oyandığı bir günü müəyyən edin və o günü mümkün qədər səmərəli keçirin. Daha sonra bu gün haqqında uşağınızla söhbət edə və: "Dünən tez yatdığın üçün bu gün tez oyandın, biz də səninlə çoxlu vaxt keçirdik", - deyərək onu tez yatmağa həvəsləndirə bilərsiniz...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1269   Tarix: 19 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri həkim məsləhəti zərdəçal ciy kartofun faydasi 1 hefteye 5 kq ariqlamaq qripdən necə qorunmalı kosmetika bayatılarımızda vətən həsrəti bayati haxisda vətən xərçəng bürcü