Uşaq psixoloqları valideynlərə bu 10 cümləni qadağan edib

Uşaq psixoloqları valideynlərə bu 10 cümləni qadağan edibAraşdırmalara görə, uşaq psixoloqları körpələrdə travma olmaması üçün valideynlərə bəzi cümlələri işlətməməyi məsləhət görürlər.

Onların fikrincə körpənin neçə yaşının olması əhəmiyyətli deyil - o artıq hər şeyi, hətta səs tonunu belə ayırd edir.

1. Səndə heç nə alınmır (Heç nəyi bacara bilmirsən, əlindən bir iş gəlmir) - Ver, mən edim!

Psixoloqlar təsdiq edirlər ki, bu cümlə uşağı travmaya məruz qoyur və qabaqcadan onu uğursuzluq üzrə proqramlaşdırır. O özünü axmaq və kobud hiss edir, ana yenidən qışqıracaq deyə düşünərək, gələcəkdə təşəbbüs göstərməyə qorxur.

İşlədilməsi lazım olan cümlə: "Özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən".

2. Al, götür, təki sakit ol!

Bəzi valideynlər üçün çoxsaatlı qəmgin halda "Nə olar, ver də" sözlərinə səbr edib, dözmək çətindir. Lakin, istədiyi şeyi uşağa verməklə razılaşdıqda, valideynlər özləri belə istəmədən, uşağın bu cür düşünməsinə icazə verirlər: Ah-vay və yola gətirməklə hər şeyə nail olmaq olar və ananın "Yox" sözünü ciddiyə almaq lazım deyil.

İşlədilməsi lazım olan cümlə: "Başa düşürəm ki, çox istəyirsən..., amma bilirsən ki, bunu sənə icazə verə bilmərəm."

3. Əgər bir də belə etdiyini görsəm - sən görərsən!

Praktikanın göstərdiyi kimi, təhdidin davamı işin nəticəsinə gedib çatmır. Yəni, çox vaxt valideynlər övladlarını cəzalandırmaq istəsələr də, cəzalandırmırlar. Nə ana, nə də ata cəzalandırmanı yerinə yetirmirlər, uşaq isə, nəticədə fəqət bərk qorxmuş olacaq. Uyğun cümlə uşaqlarda inciklik və bacarısızlıq yaradır. Balacanızı qorxutmayın. Uşaq bu və ya əks təqdirdə nəyi gözləməyin lazım olduğunu dəqiq bilməlidir. Valideynlərin gözlənilməz qırılmaları yaxşı bir şeyə səbəb olmayacaq.

İşlədilməsi lazım olan cümlə: Mən sənə bu işin nəticəsi barədə xəbərdarlıq etmişdim, buna görə də incimə, gərək verdiyim sözü tutum."

4. Dedim ki, dərhal dur gözlə!

Bu cür kəskin şəkildə uşaqla danışmağa dəyməz. Bu ki, sizin övladınızdır! Əgər özünüzdən çıxmısınızsa, ən yaxşısı üzr istəyin. Axı, uşaq özünü mütləq şəkildə səhv hesab etdiyi üçün inciyir. "Saxlamaq" əvəzinə etiraz etməyə başlayacaq - uşaqlar ağlayır və şıltaqlıq edir, yeniyetmələr isə, susaraq gedib, özlərinə qapılırlar. Ümumiliklə, hər nə cür edirsən, et, bu cümlə istənilən məqsədə çatmağa yardımçı olmayacaq.

İşlədilməsi lazım olan cümlə: "Mən görürəm ki, bikefsən, bu haqda sən sakitləşdikdən sonra danışarıq."

5. Bunu anlamalısan ki...

Bir çox uşaqlarda bu cümləyə qarşı mühafizə reaksiyası və onun zəhlətökən davamı yaranır. Uşaq öyüd-nəsihət anlamır və sizə qulaq asmadan başqa bir şeyə qoşulur. Nəsihətin daha pis qəbul edilməsi, uşaqların həyəcanlı, məyus və ya qəzəbli anlarında olur. Yadda saxlayın, o da hər hansı bir "problemi" ortaya çıxmış bir insandır və hal hazırda onun dərdindədir və sizin hətta məntiqi və düzgün qərarınızı belə heç cür qəbul etmir.

İşlədilməsi lazım olancümlə: "Bu barədə nəzər nöqtəni dinləməyə hazıram, - Gəl, səninlə bir az gəzək, rəsm çəkək və s.

6. Oğlanlar (qızlar) özlərini bu cür aparmır!

Bunu daim təkrarlayaraq, övladlarını bəlirlənmiş stereotplərlə cilalayırlar. Yaşa dolduqda belə, artıq böyümüş olan oğlan şəxsi emosionallığını layiq olmayan bir şey kimi qəbul edəcək, qız isə - qadına layiq olmayan sənət və ya yetərincə yığışdırılmamış ev səbəbiylə kompleks hiss edəcək.

İşlədilməsi lazım olan cümlə: "Doğurdanmı, bu sənin xoşuna gəlir?"

7. Boş şeyə görə məyus olma!

Ola bilər ki, bu, övlad üçün boş bir şey deyil. Öz uşaqlığınızı yadınıza salın! Bəli, uşaq - ona maşın verilmədiyi üçün və ya kubiklərdən yığılmış ev dağıldı deyə, kədərlənə bilər. Axı, onun kiçik dünyasında maşın və evcik - ən əsas şeyin özüdür! Uşağın problemlərinə qarşı etinasızlıq göstərərkən, onun etibarını itirməklə və gələcəkdə övladınızın heç də boş bir şey olmayan digər problemlərini bilməməyəcəyinizə dair risk edirsiz. Yəni, siz onun problemlərini boş bir şey olduğunu dilinizə gətirərək, həm etibarınızı itirir, həm də onun bir daha sizə problemini deməyəcəyinə zəmin yaradırsız.

İşlədilməsi lazım olan cümlə: "Bilirəm, sənə necə ağır gəlir, mən də sənin yerində olsaydım, bikef olardım."

8. Sağlamlığımı qoru!

Çox vaxt bəzi analar bunu övladlarına deyir. Amma anlayın, gec-tez bunların hamısı ciddiliyini itirir, eynən "Çoban və canavarlar"ın nağılı kimi. Ananın özünü həqiqi cəhətədən pis hiss etməsi zamanı övlad adət səbəbindən diqqət göstərməyə bilər. Düşünəcək ki, ana yalnız səs salmasın, atdanıb-düşməsin, oyunamasın və s. deyə şikayət edir.

9. Yox, bunu almayacağıq - pul yoxdur!

Hər şeyi ardıcıl almağın niyə mümkünsüz olmasını uşağa başa salmaq çətindir. Amma belə çıxır ki, əgər ana və atanın pulu olsa, dükanda hər bir şeyi almaq mümkündür! Uşaq bu cümləni məhz bu cür anlayır. Məgər ana və atanın bu cür deməsi yaxşı deyilmi: "Sənin bu cür oyuncağın artıq var", "Çox şokolad yemək ziyandır". Bəli, başa salmaq hər zaman çətindir! Lakin uşaq valideynlərin bunu nə üçün onun üçün almadıqlarını anlamalıdır.

10. Hamının uşaqları uşaq kimidir, sən isə...

... Allahın bəlası, pinti, axmaq və s. bu kimi sözləri uşaqların boynundan "asmaq" lazım deyil! Bu özünə dəyər verməyi alçaldır və həqiqətən uşaq onlara uyğun gəlməyə başlayır. İşlədilməsi lazım olan cümlə: "Mən sənin yaxşı tərəfini də, pis tərəfini də sevirəm"

XANIM.AZ

Ailə və Uşaq     Baxılıb: 1781   Tarix: 03 iyul 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

turlar.az

yemek reseptleri kosmetika mehsullari kosmetoloq psixologiya qlazok buruq saclara qulluq mantılar kosmetika salam birlik haqqinda kahfe fali vətən həsrətinə aid bayatılar hakista sozler