Uşaqda qızdırma olarsa, ilk olaraq hansı dərmanı vermək lazımdır? - Pediatr-infeksionist

Uşaqda qızdırma olarsa, ilk olaraq hansı dərmanı vermək lazımdır? - Pediatr-infeksionistKliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb.
Xəstəxananın pediatr-infeksionisti Rəna Hüseynova bildirib ki, uşaqlar arasında mövsümi xəstəliklər hər il görülsə də, pandemiya başlayandan müraciətlərin sayı daha da artıb:
"Bunun əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir. İndi sağlam uşaq da, xəstə uşaq da məktəbə, bağçaya gedir. Ona görə də xəstəlik çoxalır. Valideynlər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər".
R.Hüseynova qeyd edib ki, hazırda xəstəxanalara ən çox uşaqlar inaq (yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq (səs tellərinin) və nəfəs borusunun iltihabı) səbəbindən müraciət edir:
"Uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir. Çoxu bunu soyuqla əlaqələndirsə də, bu virusdur. Sadəcə bədəndə virus olduğu üçün soyuqdəymə ilə əlaqəli xəstəlik daha da ağırlaşır. Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bununla isə uşağın vəziyyəti daha da ağırlaşa bilər. Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyin etmədən uşaqlara antibiotik verilməsi yolverilməzdir".
Pediatr-infeksionist xəstələnən uşaqlara qulluq üçün tövsiyələrini də verib:
"Uşaqların qızdırması olarsa, ilk olaraq onlara "paracetamol" dərmanı vermək və çoxlu maye içirtmək lazımdır. Ən əsası isə valideynlər vaxt itirmədən yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edib, həkimlərdən məsləhət almalıdırlar.
Xəstə uşaqları daha çox geyindirmək də düzgün deyil. Bu tərləməyə və daha çox vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.
Valideynlərə məsləhətim odur ki, uşaqların əllərini tez-tez yumasına, sıxlıq olan ərazilərdə olmamalarına diqqət etsinlər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə, uşaqların sağlamlığının qayğısına qalmaq mümkündür".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1131   Tarix: 25 dekabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəl

.

Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyü

.

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildiri

.

Köp niyə yaranır və ondan necə xilas olmaq olar?

Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir. xəbə

turlar.az

geymler 2026 makiyaj etmek qaydalari sac duzumleri küftələr ayaqqabi ve cantalar gozalti qaralar ucun qış xəstəlikləri kosmetika kahfe falı pehriz vətən həsrətinə aid bayatılar şebnem tovuzlu xerceng