Uşaqlar abort olunduqlarını hiss edirlərmi?

Uşaqlar abort olunduqlarını hiss edirlərmi?Neçə-neçə Azərbaycan vətəndaşının ürəyi doğulmadan, elə ana bətnində dayanır.

Özü də onların ölümünə qərar verənlər özgələri yox, elə doğma ana - ataları olub. Söhbət hamiləliyin süni surətdə pozulmasından-abortdan gedir.

Abort zamanı baş verən bu faciənin daha da ağırlaşması ana bətnində olan uşağın əslində ağrıları da hiss etməsidir!

Bu artıq qəbul olunmuş və sübut olunmuş elmi bir faktdır. Artıq 7-ci həftəsində uşaq başını ağrı olan tərəfdən kənara qaçırır və ya yana çevirir (həyatının digər dövrlərində olduğu kimi)...

Bəzən analar istəməsə belə kişilərin günahı ucbatından övladının ölməsinə, abort olunmasına göz yumur. Bu yazını bir uşağın dilindən yazıram. Oxuyun görün övladlarınız sizin hər bir hissinizi necə hiss edir və əzab çəkir.

"Göyün dərinliklərində ağ-appaq bir dünya vardı. Bu dünyada pambıq kimi yumşaq buludların üstündə balaca, qəşəng evlər vardı. Bu evlərdə şipşirin körpələr yaşayırdı. Onların yarısından çoxu dünyada abort edilib, qalanları isə dünyaya gəlməyə hazırlaşırdılar. Hər tərəfi təravətli həyat qoxan, körpə qoxusu bürümüşdü. Onların qığıltıları səsləri, məsum gülüşləri hər tərəfə yayılmışdı. Körpələr buludların üzərində oturduqları anda birdən uzaqdan buludlara tərəf uzanan yolda balaca lap balaca bir körpənin gəldiyini gördülər.

Bu məsum heçnədən xəbəri olmayan körpənin ayaqları, qolları yox idi. Başından isə qan axırdı. Körpə çox yorğun və ağlamış vəziyyətdə idi. Dünyadan qayıdan bu körpə nəhayət ki, gəlib onların yanına çatdı.

Buludların üzərində oturan körpələr ondan soruşdu: Hardan gəlirsən? Körpə köks ötürərək dedi: Dünyadan. Soruşdular ki, niyə qayıtdın? Körpə kökrək halda dedi: Məni istəmədilər. Soruşdular bəs ayaqlarına, qollarına nə olub? Körpə yerdə oturub sıyrılmış boynunu yana əydi. Boynundan qan damçıları süzülərək dedi: Atamla anam məni çağırandan sonra yerə endim.

Anam mənim üçün qarnında rahat yataq düzəltmişdi. Onun qarnında günlərim çox gözəl keçirdi. Anam məni sığallayır, əzizləyirdi. Deyirdi ki, yolumu səbirsizliklə gözləyir, məni çox lap çox istəyir. Anama güvənirdim, onun qarnında xoşbəxt yaşayırdım. Atam da məni çox sevirdi. Anamın qarnını öpüb, bu sonsuz sevgiyə görə məni kövrəldirdirdi. Mən ümidli idim. İşıqlığa çıxandan sonra onların ağıllı balası olacaqdım, onlar həmişə mənimlə fəxr edəcəkdirlər. Böyüyüb anamın arzuladığı yerlərdə olacaqdım. Axı onun mənim üçün xəyalları həddən artıq çox idi. Mən insanları, ailəmi çox sevəcəkdim, anam kimi.

Bütün bunları həyata keçirtmək üçün çox tələsirdim. Amma bir gün o an gəldi və atam anamla mübahisə etdikdən sonra atam anamın qarnına (yəni mənə) bir təpik vurdu. Anam mənim üçün çox qorxurdu. Anamın içinə axıtdığı göz yaşları mənim üstümə töküldü. Az qala boğulacaqdım. Artıq atamdan ayrılmışdılar. Həm ayrılmağının həm də mənim gələcəyim haqqında fikirləşirdi. Məni necə tək böyüdəcəyini fikirləşirdi. Amma mənim olmağımı da səbrsizliklə gözləyirdi. Mənim üçün həyatdan daha da bərk yapışmışdı. Sonra məndə ağladım. Çünki atamın vurduğu təpikdən sonra artıq həyatda qala bilmirdim. Sonra anam məni qarnında hiss etmədikdən sonra həkimə getdi və mənim artıq ölmək üzərə olduğumu bildi. Yalvarıb onu səslədim, daha ağlama dedim. Məni eşitmirdi. Büzüşüb, soyuqdan tir-tir əsirdim.

Səhəri gün, anamın dünyaya gəldiyi gün məni onun qarnından çıxartmaq üçün əməliyyat otağına apardılar. Cansız bədənimi, birinci ayaqlarımı, sonra isə qollarımı kəsdilər. Təkcə anamın qarnından çıxarıldıqdan sonra, onun dərindən ah çəkdiyini eşitdim. Bir də məni doğrayan cəllad cərrahın son sözlərini eşitdim: Üzülmə qızım, hələ cavansan bir də olar. Nənəm əlləri ilə məni anamın doğulduğu gün qəbrə qoydu...

Körpələr onu dinləyib kədərləndirlər. Bu zaman saçları qıvrım, yanaqları toppuş, bapbalaca körpə qızlardan biri ayağa durub, dedi: Bacılar, qardaşlar mən artıq getməliyəm, salamat qalın. Bunu eşidən abort edilmiş körpələr ağlıyaraq getmə, insanlar səni də öldürəcək dedilər..."

Hər abort bir dayanan ürək deməkdir. Bir cüt gözün görməyəcəyi deməkdir. Bu, bir cüt əl deməkdir ki, heç vaxt tərpənməyəcək. Bu, bir cüt ayaqdır ki, heç vaxt qaçmayacaq. Bu, bir ağızdır ki, heç bir söz deyə bilməyəcək.

Əziz xanımlar, bətninizdəki körpəniz hələ çox kiçik olsa da, hər şeyi sizinlə birlikdə yaşayır, hiss edir. Abort etdirib, sonra bir ömür boyu vicdan əzabı ilə baş-başa qalmayın. Qıymayın öz balanıza! /atv.az/

Ailə və Uşaq     Baxılıb: 5599   Tarix: 03 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

turlar.az

sade makiyaj sekilleri gozel gorunmek qadin dunyasi toy paltarlari 2026 qerkules maskasi meyvələr bilincik resepti kosmetika qiz evi ucun birlik haqqinda oxu az veten haqqinda bayati veten haqqinda atalar sozu