Uşaqlar maska taxmalıdılarmı? - Hande Harmancının cavabı

Uşaqlar maska taxmalıdılarmı? - Hande Harmancının cavabıÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı pandemiya şəraitində uşaqların tibbi maskadan istifadəsinin zəruri olub-olmadığı ilə bağlı məsələyə aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, H.Harmancı Trend-ə açıqlamasında bildirib ki, ÜST tərəfindən bir araya gətirilən beynəlxalq ekspert qrupu uşaqlarda COVID-19 xəstəliyi və yoluxması ilə bağlı dəlilləri, uşaqların maskadan istifadəsinə dair məhdud sübutları nəzərdən keçirib. Uşaqların psixososial ehtiyacları və inkişaf mərhələləri kimi amillərə əsasən ÜST və UNİCEF tövsiyə edir ki, 5 yaşa qədər uşaqlardan maskadan istifadə etmək tələb olunmamalıdır. Bu, uşağın təhlükəsizliyinə və ümumi marağına, eləcə də minimum yardımla maskadan ​​istifadə etmə qabiliyyətinə əsasən verilən qərardır.
H.Harmancı əlavə edib ki, ÜST və UNİCEF 6-11 yaş arası uşaqlar üçün maskadan istifadə qərarının bir sıra amillərə əsaslanmasını tövsiyə edir.
Həmin amilləri sadalayan ÜST rəsmisi qeyd edib ki, bunlar uşağın yaşadığı ərazidə virusun geniş yayılıb-yayılmaması, uşağın təhlükəsiz və düzgün şəkildə maskadan ​​istifadə etmə qabiliyyəti, maskalara əlçatanlıq, habelə müəyyən yerlərdə maskaların yuyulması və dəyişdirilməsi (məktəblər və uşaq baxımı xidmətləri kimi), maska taxmaq, çıxarmaq və təhlükəsiz istifadə etmək üçün uşağa yetişkin tərəfindən nəzarət və təlimat, müəllimlər, valideynlər/baxıcılar və/və ya tibb işçiləri ilə məsləhətləşərək maska ​​taxmağın öyrənmə və psixososial inkişafa potensial təsirini müəyyənləşdirmə, uşağın ciddi xəstəliklərə tutulma riski yüksək olan yaşlılar və yanaşı xəstəliyi olan şəxslərlə ünsiyyəti və düşdüyü şəraitdir.
H.Harmancı ÜST-nin əhaliyə həmişə yerli rəsmi qurumların tövsiyələrinə əməl etməyi tövsiyə etdiyini də vurğulayıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1361   Tarix: 14 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetika mehsullari geyim dəbləri adlarin menasi mütləq bilməlisiniz xəmir reseptləri marqarita pizza paxla cigirtmasi kosmetika sirniyatlar bahar burclər oğlaq suni mayalanma