Uşaqlara ayaqqabı seçərkən bunlara DİQQƏT

Uşaqlara ayaqqabı seçərkən bunlara DİQQƏTMütəxəssislər qeyd edirlər ki, ayaqda yaxşı oturmayan ayaqqabılar uşaqlar üçün təhlükəlidir. Bu, ayaq dırnaqlarında çəkic barmağının meydana gəlməsinə, baş barmaqda çıxıntı kimi problemlərə yol aça bilər. Buna görə də uşaqlara ayaqqabı alarkən diqqətli olmaq lazımdır.
Milli.Az medicina.az-a istinadən mövzu ilə bağlı araşdırmanı təqdim edir:
Ayaqqabı seçərkən ayaqqabının uzunluğuna, genişliyinə və dərinliyinə diqqət edilməlidir.
Ümumiyyətlə, uşaqlara düzgün ayaqqabının seçilməsinin çox önəmli olduğunu qeyd edirlər. Ayaqqabı seçərkən ayaqqabının uzunluğuna, genişliyinə və dərinliyinə diqqət edilməlidir. Barmaqların ayaqqabı içində hərəkət edə bilməsi üçün oval burunlu olanlar seçilməlidir. Sivri burun və hündür dabanlı ayaqqabılar seçilməməlidir. Bunlar xüsusi ilə qız uşaqlarında baş barmaq əyriliyinə səbəb olur.
Ayaqqabı seçərkən baş barmağın olduğu hissə basdırılmamalı və baş barmaq ilə ayaqqabı ucu arasında 1 santimetr məsafə olmalıdır. Ayaqqabı baş və kiçik barmağı sıxmamalıdır. Daban iki barmaqla sıxıldığında qatlanmamalı, orta hissəsi sərt olmalı, ön hissəsi isə orta sərtlikdə olub az-maz qatlana bilən olmalıdır.
Üst hissəsi hava almalıdır
Uşaq ayaqqabısının üst hissəsi dəri, kətan və ya daha yeni materiallardan hazırlanmalıdır. Çünki gün ərzində ayaq ayaqqabı içindəki çox tərləyir. Bu səbəblə də ayaqqabının üst hissəsi hava alan materialdan hazırlanmalıdır. Plastik kimi materiallardan uzaq durmaq lazımdır.
Hündür daban ayaqqabılar seçilməməlidir
Ayaq kəmərini dəstəkləyən altlıqlar seçilməlidir. Qalın və yapışqan dabanlar kiçik uşaqlar üçün çox təhlükəlidir. Onlar yıxıla, zədələnə bilərlər. Hündür daban uşaqlar üçün deyil. Ayaqqabının daban hündürlüyü 2,5 santimetrdən yüksək olmamalıdır. Çünki hündür dabanlı ayaqqabılar ayağın önə doğru sürüşməsinə və ayaq barmaqlarının ayaqqabı içində sıxlaşmasına, xüsusi ilə də baş barmaqda problemlərə səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1734   Tarix: 28 avqust 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi yay kolleksiyasi qadın geyimi xınayaxdı sözləri quru yemekler qadin net aşıq kosmetika rus dili 2ci ders mikayıl abdullayev dolça naz mila qızlıq pərdəsi