Uşaqlara bərk ayaqqabı geyindirməyin, evdə corabda gəzdirməyin - Tanınmış ortopeddən tövsiyələr

Uşaqlara bərk ayaqqabı geyindirməyin, evdə corabda gəzdirməyin - Tanınmış ortopeddən tövsiyələrSon vaxtlar uşaqlarda ayaq pəncələri ilə bağlı problemlər artmaqdadır. Yastıpəncəlik, valqus... – bu və s. kimi diaqnozlar 10 uşaqdan az qala doqquzuna qoyulur.

Bəs bunun səbəbi nədir? Uşaqlarda pəncələrin normal inkişafı üçün nə etmək lazımdır?

İlk növbədə həkim bildirib ki, pəncələrin normal inkişafı üçün uşaq mümkün qədər çox hərəkət etməli, ayaqyalın gəzməlidir. Uşağın ayaqları müxtəlif səthlərlə təmasda olmalıdır (torpaq, qum, ot və s.). Uşaq az hərəkət edirsə, bütün gün ərzində oturur və kompüterə və ya televizora baxırsa, onun ayaq pəncələri düzgün inkişaf etməyəcək və bu da ona bütün həyatı boyu müxtəlif problemlər yaradacaq.

Uşağın pəncəsi 5 yaşına qədər inkişaf edir. Bu müddət ərzində valideynlər uşağın ayaqlarının normal inkişafı üçün bəzi qaydalara riayət etməlidir. İlk növbədə uşağa rahat və yumşaq ayaqqabı seçmək lazımdır. Çox bərk ayaqqabı ziyanlıdır və uşağın ayaqalarının normal inkişafına mane olur, təbii prosesləri pozur. Xüsusi bərk "ortopedik" ayaqqabılar yalnız istisna hallarda həkim tərəfindən uşağa təyin oluna bilər.

Şlıkovun sözlərinə görə, uşaq mümkün qədər çox ayaqyalın gəzməlidir. Ayaqyalın gəzmək uşağın pəncələrini yaxşı məşq etdirir. Həkim qeyd edib ki, uşaq evdə corabda gəzməməlidir. Corabda gəzən uşağın ayaqları sürüşür və bu da sümük və bağların normal inkişafına mane olur.

Pəncəni ən yaxşı inkişaf etdirən məşqlərdən biri barmaqların ucunda gəzməkdir. Şlıkov qeyd edir ki, bir çox valideynlər bundan qorxur və uşağı dərhal nevropatoloqa aparırlar. Lakin bu tam normal haldır. Uşaq vaxtaşırı olaraq barmaqların ucunda gəzirsə, bu çox yaxşıdır.

Ailə və Uşaq     Baxılıb: 5157   Tarix: 19 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

kosmetoloq geyim və ayaqqabılar reseptler sharlotka resepti aloy gulunun faydasi vaginal təmizlik cagatay ulusoy kosmetika novruz hakisdalari buga burcu cinsi elaqe ariqla sanamalar