Uşaqlara öpüşlə keçən xəstəlik - Onları öpmək olmaz!

Uşaqlara öpüşlə keçən xəstəlik - Onları öpmək olmaz!Uşaqlarda yaranan xəstəliklərdən biri də öpüş xəstəliyidir. Uşaqları öpməklə özümüz də bilmədən onları virusa yoluxdurmuş oluruq. Bu xəstəliyin əlamətləri, gedişatı necə olur? Ondan necə qorunmaq olar?
Milli.Az e-tibb.az-a istinadən həkim-pediatr Günay Rəsulovanın uşaqlarda öpüş xəstəliyi barədə məqaləsini təqdim edir:
Uşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. İnsanların 95%- bu xəstəliyi keçirir. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən saqlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu "sağlam" şəxs uşağı öpməklə onu çox ciddi təhlükə ilə qarşı-qarşıya qoyur.
Xəstəliyin əlamətləri:
Virus orqanizmə daxil olduqdan sonra boğazda çoxalır,ordan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da(qaraciyər, dalaq) infeksiya törədir.
Beləliklə uşaqda
-Boğaz ağrısı
-Qızdırma
-Boyun limfa düyünlərinin,qaraciyərin, dalağın böyüməsi
-Halsızlıq,qarın ağrısı,baş ağrısı və s
Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir, lakin öpüş xəstəliyində əlamətlər daha qabarıq olur, boğaz ağrısı, şiddətli qızdırma-38-38,5 dərəcə 5-10 günə qədər davam edə bilir. Yanaşı olaraq limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.
Yersiz penisillin qrupu antibiotik istifadəsi nəticəsində bədəndə səpgilər əmələ gəlir. Xəstəlik klinik gedişatında bəzən öz-özünə sağalır, bəzən də ağırlaşmalarla üzə çıxa bilir.
Ağırlaşmaları
-Ensefalit
-Meningit
-Ürək əzələsinin zədələnməsi, miokardit,perikardit.
Xəstəliyin diaqnostikası necə aparılır? Tipik müayinə bulqularına əlavə, qanın ümumi analizi (limfositar leykositoz, trombositopeniya) periferik yaxmada atipik limfositlər və virusun spesifik antitellərinin qanda aşkarlanmasi ilə diaqnoz qoyulur.
Müalicəsi-Spesifik bir müalicəsi yoxdur. Simptomlara yönəlik-qızdırma varsa, qızdırma salıcı vermək, dəstək müalicə yataq istirahəti ilə aparılır. Xəstəlikdən qorunmaq üçün uşaqları öpmək olmaz!
Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağıza götürməklə xəstəliyə yoluxa bilər, bundan başqa ağızdan su axan uşaqlar tüpürcəklə asanlıqla digər uşaqlari yoluxdura bilər. Ona görə bu yaşda olan uşaqlarda gigiyenaya xüsusilə riayət edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1160   Tarix: 03 oktyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər

Alimlər uzun illərdir böyüklərdə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzisinin, əslində immun sistemini dəstəkləyərək xərçənglə mübarizədə və ürək sağlığında mühüm rol oynadığını sübut ediblər.  xəbər veri

.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər.  bu bitki ilə bağlı məlumatları təqdi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır

Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklər

.

Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR

Hazır yeməklərə əlavə duz qatmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, artıq duz istifadəsi ürək-damar sisteminə ciddi ziyan vurur. Gündəlik ehtiyacdan artıq du

.

Nar görün hansı xəstəliyin güclü dərmanı İMİŞ

"Punikalin" adlı maddə xərçəng hüceyrələrinin böyüməsini ləngitmək potensialına malikdir. xəbər verir ki, bu, İspaniyanın Malaqa Universitetində aparılan və beynəlxalq elmi jurnalda dərc olunan araşdırmada qey

turlar.az

kosmetik vasiteler yay kolleksiyasi yaz geyimleri 2026 qışa hazırlıq badımcan erotik fantaziya maraqli pecenyeler duru yeməklər kosmetika novruza aid hakistalar lakonizim hakışda xanim az azerb clpaq qadinlari