Uşaqlara qrip əleyhinə peyvəndin vurulması vacibdirmir?

Uşaqlara qrip əleyhinə peyvəndin vurulması vacibdirmir?Qrip peyvəndini əsasən senytabr-noyabr ayları arası edilməsi tövsiyə edilir. Qrip peyvəndi 6 aydan böyük uşaqlara və həmçinin, xroniki xəstəlikdən əziyyət çəkən və yüksək risk qrupuna daxil olan uşaqlara xüsusi ilə edilməlidir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Ülkər Məhərrəmova deyib.
Uşaqlara qrip əleyhinə peyvəndin vurulması vacibdirmir? Mütəxəssisin bununla bağlı fikirlərini təqdim edirik:
Qrip virusu ən çox payız, qış aylarında görülən və hava-damcı yolu ilə yayıla bilən virus xəstəliyidir. Hər il ortalama 650 min insan qrip virusunun ağırlasmasından vəfat edir. Qrip virusu yüksək hərarət, quru öskürək, boğaz ağrısı, burun axıntısı, burun tutqunluğu, baş ağrısı, halsızlıq, əzələ ağrısı və digər əlamətləri ilə COVID-19 virusu ilə oxşardır. COVID-19 virusuna yoluxan insanların eyni anda qrip virusuna da yoluxma ehtimali yüksəkdir.
Bu səbəbdən qrip peyvəndi ilə qrip virusuna yoluxmanın qarşını almaq mümkündür. Qrip virusunun çoxlu sayda alt növləri mövcud olduğu üçün hər il fərqli növ qrip virusu kimi ortaya çıxar. Əsasən peyvənd hər il Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə mövsümdə gözlənilməsi ehtimal edilən İnfuanze A və B virusunun bəzi növlərinə qarşı hazırlanmış olur. Qrip peyvəndini əsasən senytabr-noyabr ayları arası edilməsi tövsiyə edilir. Qrip peyvəndi 6 aydan böyük uşaqlara və həmçinin, xroniki xəstəlikdən əziyyət çəkən və yüksək risk qrupuna daxil olan uşaqlara xüsusi ilə edilməlidir. Peyvənd olunduqdan sonra 7-10 gün içində bədəndə immunitet yaranmağa başlamış olur və qoruyuculuğu 6-8 ay müddətində davam edir.
Unutmayaq ki, qrip peyvəndi yalnız qrip virusuna qarşı qoruyuculuğa malikdir, digər viruslara qarşı təsiri olmayacaqdır. Lakin qrip peyvəndinə qarşı cox nadir də olsa allergik reaksiya görülə bilər. Bu, 6-12 saat sonra özünü qızdırma, halsızlıq, əzələ ağrısı, peyvənd yerində şişkinlik və qızartı ilə biruzə verib, 1-3 gün ərzində davam edə bilər. Əgər toyuq yumurtasına ciddi allergiya varsa və ya öncəki illərdə peyvəndə qarşı allergiya olmuşdursa, peyvənd edilməsi əks göstərişdir. Qrip peyvəndi insanları qrip virusundan qoruyaraq xəstəxanalara müraciəti azaldacaq ki, bu da COVİD-19 virusuna yoluxma ehtimalını aşağı salmış olacaqdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1109   Tarix: 20 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları hamilelikde qidalanma balqabaq tumu xiyar tursusunun hazirlanmasi qaydasi uz derisine qulluq maskalari küftələr kosmetika sağlıq badambura masqalar efsane vətənə aid atalar sözləri