Uşaqlara verilən cinsi tərbiyə

Uşaqlara verilən cinsi tərbiyəBəzən valideynlər uşaqlarımız tərəfindən verilən belə bir sualla üzləşirik:
"Ana,mən dünyaya necə gəldim?". Bu sualı uşağınıza necə cavablandırmaq lazım olduğunu bilirsinizmi?

Qeyd edim ki,uşaqların bu tipli suallarını necə cavablandırmaqda aciz qalan bəzi valideynlər "Səni xəstəxanadan almışıq","Hədiiyə veriblər","Meşədən tapmışıq" və ya bir az yumor hissi ilə olanlar"Zibilxanadan tapmışıq"(təəssüf ki,valideynlərin belə cavablarına rast gəlmişəm) və s. kimi cavablandırmadan istifadə edirlər.Belə cavablar özlərini tanımağa başlayan uşaqlar üçün çox ciddi əhəmiyyət daşıyır.Axı onlara çox maraqlıdır dünyaya hardan gəliblər,necə gəliblər,cavab axtarırlar.
Hər bir insanın cinsi tərbiyəsi ailədə başlanmalıdır. Çünki cinsi tərbiyə daha uşaq 3-4 yaş ikən başlamalıdır. Uşaq ana-atasına soruşduğu suallara cavab ala bilməyincə şübhələr,qorxular və cinsi biliksizlik içərisində qalır.
Cinsi tərbiyə,bəzilərinin zənn etdiyi kimi cinsi pozaların və ya cinsi əlaqə növlərinin öyrədilməsi deyildir. Cinsi tərbiyə uşaqlara 3 mərhələdə öyrədilməlidir:

1.Ailə tərəfindən kiçik yaşlı uşaqlara evdə verilən cinsi tərbiyə:

Bu tərbiyədə ata-ananın rolu xüsusilə vacibdir.Danışmağa başlayan uşaqların cinsəlliklə bağlı ilk soruşduqları sual onların cinsi orqanları ilə bağlı olur.Belə sullara cavab vererkən ata və ana ən əvvəl ciddiləşməməli,uşağa üz ifadəsini dəyişməməli,yalan cavab verməməlidir.Kiçik yaşlı uşaqların belə suallarını da "Bu nədir?","Gəmi niyə dənizdə üzür?","Təyyarə niyə havaya qalxır?","Quşlar niyə uçur?" kimi suallar kimi qəbul etmək lazımdır.Unutmayın ki,onların sualları gerçək maraqdan meydana gəlir.Ata-analar bu cür suallar qarşısında çəkinmədən vücüdun digər orqanlarını(əllər,ayaqlar,gözlər,burun) anlatdıqları şəkildə izah etməlidirlər.Bəzi valideynlər belə hallarda uşağa "Ayıbdır" kəliməsi ilə reaksiya verirlər.Mütəxəssislərə görə "Ayıb" kəliməsi tərs təsir yaradaraq uşağın soruşduğu suallar haqqında daha çox marağına səbəb olur.(Kiçik yaşlı uşaqlardan söhbət gedir)

2.İbtidai məktəb dövründə verilən cinsi tərbiyə:

Bu dövrdə valideynlərin tərbiyəsi ilə yanaşı müəllimlərin tərbiyəsi də əhəmiyyət daşıyır.Qız və oğlan uşaqları bədənlərini bu yaş mərhələsində daha yaxşı öyrəndikləri üçün onlarla cinsi tərbiyə daha diqqətli aparılmalıdır.Bəzən kiçik yaşlı oğlan və qızlarda aşiq olma,evlənmə xəyalları qurma kimi hallar meydana gələ bilər.Onlar sinifdə birinə aşiq olduğunu söyləməkdən çəkinməzlər.Sinifdə hər hansı bir uşağın anasının hamilə olması,ailəyə yeni bir körpənin gəlməsi "Körpələr hardan gəlir?"sualını yenə də doğura bilər.Bu durumda müəllimlər və valideynlər cinsi suallara qarşı daha diqqətli olmalı,uşağın maraq etdiyi qədərdə cavablandırmalıdırlar,artığa gərək yoxdur.

3.Orta təhsil dövründə verilən cinsi tərbiyə:

Uşaqlıqdan gəncliyə keçən uşaqlara veriləcək cinsi məlumatlar üçün ilk deyilə biləcək məsələ, ana-ata və müəllimin verəcəyi məlumatların ziddiyyətli olmamasıdır.Cinsilik mövzularında uşaqlar səhv istiqamətləndirilməməlidirlər. Onlara bir şeylər öyrətmədən əvvəl səbirlə dinləmək lazımdır.Bundan başqa, sevilməyən, əhəmiyyət verilməyən, laqeydlik edilən uşaqların irəlidə cinsi və digər əlaqələrdə özlərini rahat hiss etməyəcəkləri unudulmamalıdır.Texnik olaraq orta məktəblərdə bir sıra fənnlərdə cinsi birləşmə,törəmə kimi materiallar detallı şəkildə şagirdlərə öyrədilir.Bu fənnləri tədris edən müəllimlər xüsusilə AIDS kimi cinsi birləşmə ilə bulaşan xəstəliklərə diqqət çəkməyi də unutmamalıdırlar.Gənclərə zöhrəvi xəstəliklər və hamiləliyin önlənməsi üsulları mütləq öyrədilməlidir. Əldə edilmiş təcrübələrdən faydalanılmalıdır.13-14 yaşlı uşaqlara cinsi birləşmənin onlar üçün erkən olduğu başa salınmalı,içində olduqları cəmiyyətin dəyər mühakimələrini də qəbul etdirməli, onlara altından qalxa bilməyəcəkləri əlaqələrdən qaçınmaları izah edilməlidir.


Ailə və Uşaq     Baxılıb: 3738   Tarix: 25 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

turlar.az

makiyaj etmek qaydalari toy gecesi gozel gorunmek qadınlar hind filmleri göyəm turşusu şirniyyat resepti kosmetika şəkərbura yemek reseptleri efsaneler seksi hamilelik