Uşaqlarda boy artımı üç aydan bir ölçülərək nəzarətdə saxlanılmalıdır

Uşaqlarda boy artımı üç aydan bir ölçülərək nəzarətdə saxlanılmalıdırValideynlərin ən çox şikayətləndikləri mövzulardan biri də uşaqların boy problemidir. Boy artımı uşaqların normal böyüməsi və inkişafı üçün vacib göstəricilərdəndir. Boy artımının ləngiməsi əsasən 2-5 yaşlarda aşkar edilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova deyib: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş cədvəllər var və uşağın normal boyu həmin cədvəllərə əsasən hesablanır. Uşağın boyu həmin cədvəldən çox aşağı həddədirsə, uşaq müayinə edilir, boy hormonu (somatotropin) yoxlanılır və əllərin rentgen müayinəsi aparılaraq bioloji yaşa baxılır. Uşağın boyu üç aydan bir ölçülərək nəzarətdə saxlanılır. Bir yaşında uşağın boyu təxminən doğum boyunun iki misli qədər olmalıdır".
Bu problem həm genetik, həm də digər amillərlə əlaqələndirilir. Boyu normal inkişaf etməyən uşaqlarda piylənmə gedir, daxili orqanlarda funksional pozuntular yaranır.
Həkim-pediatr deyib: "Boyu qısa olan uşaqlarda hər hansı bir xəstəliyin olub-olmaması araşdırılır, onda lazımi boy artımı olması üçün valideynə uşağın normal qidalanması, bəzi idman növləri, xüsusilə basketbol, voleybol və yüngül atletika ilə məşğul olması məsləhət görülür. Həmçinin qidalanma zamanı karbohidrat və şirniyyatlardan az istifadə etməsi tövsiyə edilir. Əgər problem hansısa xəstəliklə əlaqədardırsa, onda hormon çatışmazlığını aradan qaldırdıqdan sonra problemi yoluna qoymaq mümkündür".
Uşaq 1 yaşadək 25, 1-2 yaş arası 10-12, 2-4 yaşında 14-15, 4 yaşından 10 yaşına qədər 30-32 santimetr boy atmalıdır. 11 yaşından yetkinlik yaşına qədər boy artımı hər il 5-10 sm təşkil edir. Proses normal qaydada getmədikdə mütəxəssisin nəzarəti altına alınmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1141   Tarix: 25 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

Asqırmağı saxlamağa çalışmaq gözlənildiyindən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, bu barədə uşaq anestezioloqu David Kallexo xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, asqırmaq orqanizmi

.

Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə

Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur. xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlük

.

"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər

Alimlər uzun illərdir böyüklərdə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzisinin, əslində immun sistemini dəstəkləyərək xərçənglə mübarizədə və ürək sağlığında mühüm rol oynadığını sübut ediblər.  xəbər veri

.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər.  bu bitki ilə bağlı məlumatları təqdi

.

Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir

Son zamanlar mütəxəssislər saç baxımı ilə bağlı geniş yayılmış vərdişlərdən biri - saçın hər gün yuyulmasının zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, dermatoloqların sözlərinə görə, saçın gündəli

.

Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?

Kartof püresi soyuduqdan sonra düzgün üsulla yenidən qızdırıla və istehlak edilə bilər. Qızdırma zamanı aşağı və ya orta dərəcəli odun seçilməsi pürenin konsistensiyasının qorunmasına kömək edir. Ehtiyac yaranarsa, az miqdard

.

Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. xəbər verir ki, mütəxəssislər bildirir ki, düzgü

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

turlar.az

geymler 2026 sade makiyaj sekilleri donlar 2026 ariqlamaq ucun kofe hamiləlikdən sonra sözlü şəkillər uşaqlar üçün kosmetika arxadan olmaq faydalı məsləhətlər bayatı sekis cinsi elaqe