Uşaqlarda boy artımı üç aydan bir ölçülərək nəzarətdə saxlanılmalıdır

Uşaqlarda boy artımı üç aydan bir ölçülərək nəzarətdə saxlanılmalıdırValideynlərin ən çox şikayətləndikləri mövzulardan biri də uşaqların boy problemidir. Boy artımı uşaqların normal böyüməsi və inkişafı üçün vacib göstəricilərdəndir. Boy artımının ləngiməsi əsasən 2-5 yaşlarda aşkar edilir.
Milli.Az bildirir ki, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova AZƏRTAC-a müsahibəsində deyib: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş cədvəllər var və uşağın normal boyu həmin cədvəllərə əsasən hesablanır. Uşağın boyu həmin cədvəldən çox aşağı həddədirsə, uşaq müayinə edilir, boy hormonu (somatotropin) yoxlanılır və əllərin rentgen müayinəsi aparılaraq bioloji yaşa baxılır. Uşağın boyu üç aydan bir ölçülərək nəzarətdə saxlanılır. Bir yaşında uşağın boyu təxminən doğum boyunun iki misli qədər olmalıdır".
Bu problem həm genetik, həm də digər amillərlə əlaqələndirilir. Boyu normal inkişaf etməyən uşaqlarda piylənmə gedir, daxili orqanlarda funksional pozuntular yaranır.
Həkim-pediatr deyib: "Boyu qısa olan uşaqlarda hər hansı bir xəstəliyin olub-olmaması araşdırılır, onda lazımi boy artımı olması üçün valideynə uşağın normal qidalanması, bəzi idman növləri, xüsusilə basketbol, voleybol və yüngül atletika ilə məşğul olması məsləhət görülür. Həmçinin qidalanma zamanı karbohidrat və şirniyyatlardan az istifadə etməsi tövsiyə edilir. Əgər problem hansısa xəstəliklə əlaqədardırsa, onda hormon çatışmazlığını aradan qaldırdıqdan sonra problemi yoluna qoymaq mümkündür".
Uşaq 1 yaşadək 25, 1-2 yaş arası 10-12, 2-4 yaşında 14-15, 4 yaşından 10 yaşına qədər 30-32 santimetr boy atmalıdır. 11 yaşından yetkinlik yaşına qədər boy artımı hər il 5-10 sm təşkil edir. Proses normal qaydada getmədikdə mütəxəssisin nəzarəti altına alınmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1182   Tarix: 26 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

hamiləlik yaz geyimleri 2026 geyim şəkilləri geyim kombinləri kişi sonsuzluğu vətən haqqında bayatı bal maskasi uz ucun kosmetika namiq qaraçuxurlu uzeyir xərçəng bürcü lakonizm arıqla