Uşaqlarda boy artımına səbəb olan AMİLLƏR

Uşaqlarda boy artımına səbəb olan AMİLLƏRBoy fiziki inkişafın ən vacib göstəricilərindən biridir. İdeal boya sahib olmaq hər kəsin arzusudur.

həkimlərin dediyinə görə, boy problemi uşaq yaşlarından başlayaraq özünü göstərməyə başlayır. Boy artımı üçün vitamin və minerallarla zəngin qidalara üstünlük vermək, mütəmadi olaraq idmanla məşğul olmaq əsas şərtdir. Boy artımının ləngiməsinə genetik faktorlarla yanaşı düzgün qidalanmamaq, fiziki hərəkətsizlik, kəllə-beyin travmaları və xroniki xəstəliklər səbəb olur. Eyni zamanda, orqanizmdə hormon çatışmazlığı da fiziki inkişafa mane olan amillərdəndir. Həkimlərin dediyinə görə, boy artımının ləngiməsi 2-5 yaşarası aşkar edilir, ona görə valideynlər uşaqları mütəmadi olaraq müayinədən keçirməli və qidalanmasına xüsusi diqqət yetirməlidirlər.

Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a bildirib ki, uşağın fiziki inkişafına təsir göstərən amillərdən biri də yuxu rejimidir. "İlk növbədə, uşağın düzgün qidalanmaması, ikincisi, uşağın normal rejiminin olmaması çox əhəmiyyətli məsələdir. Təəssüflər olsun ki, uşaqlar çox gec saatlarda yatırlar. Halbuki uşağın boyunun normal olması üçün onun axşam maksimum 11-in yarısından sonra yuxuya getməsi lazımdır, çünki boyun artımına təsir göstərən hormonlar gecə saat 11-in yarısı ilə gecə saat 3-dək daha çox sintez edildiyinə görə həmin vaxt yuxuda olmayan uşaqda boy artımına səbəb olan hormona qarşı çatışmazlıq yaranır və onlar boy problemi ilə üzləşirlər. Düzgün qidalanmayan, normal qaydada vitamin və mikroelementlər qəbul etməyən uşaqlarda da boy qısalığı halı müşahidə olunur".

Müsahibimiz qeyd edib ki, ana südü də boy artımı üçün vacib faktordur. Bununla yanaşı, uşağın gün ərzində ən azı 1 saat açıq havada gəzməsi lazımdır: "Boya təsir göstərən əsas faktor yay fəslində günəş şüalarıdır. Günəş şüalarının təsirindən uşaqlarda sintez olunan D vitamini boy artımında əhəmiyyətli rol oynayır. Ona görə də valideynlər səhər saat 11, uzağı 12-yə qədər, axşam saat 5-dən sonra mütləq uşağın günəş suları almasını təmin etməlidirlər. Uşağın gələcəkdə boyunun uzun olmasını istəyən analar onu ilk iki ilində ana südü ilə qidalandırmağa çalışmalıdırlar, çünki ana südünün tərkibində boyun artmasına kömək edən elementlər var. Xüsusilə də 1 yaşına çatmamış uşaqlar ilk ayda mütləq həkim nəzarətində saxlanılmalıdır. Bununla yanaşı, uşaqda qalxanabənzər vəzi problemi olduqda onu mütləq şəkildə aradan qaldırmaq lazımdır, çünki bu problem təkcə boy ləngiməsinə yox, həm də yaddaşsızlığa səbəb olur".

XANIM.AZ

Ailə və Uşaq     Baxılıb: 2001   Tarix: 11 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi aksessuarlar dirnaqlar ucun maska gavalının faydaları yataqda seks soyuqdəymə kosmetika tanisliq gulmeli hakista yuxuda qara ilan gormek pizza xerceng