Uşaqlarda diatez

Uşaqlarda diatezAzyaşlı uşaqlarda allergiya ilkin olaraq özünü diatez (onu analar belə adlandırır) şəklində büruzə verir. İlk öncə uşağın üzünün dərisində qızartı və şişkinlik əmələ gəlir, dəri qabıq verir.
Bir çox valideynlər bu əlamətlərin meydana gəlməsinə çox diqqətsiz yanaşır, onların gələcəkdə baş verə biləcək ağır xəstəliklərin əvvəli ola biləcəyindən heç şübhələnmirlər də.
Bəs diatez niyə əmələ gəlir? Uşağın həyatının ilk aylarında allergenlər (uşağın orqanizmi üçün yad olan zülallar) üçün ən əsas "görünməz gizli qapı" - mədəbağırsaq sistemidir. Ana südündəki zülallardan başqa, istənilən  qida zülalı uşaq orqanizmi üçün yad olduğu üçün potensial şəkildə təhlükəli hesab edilir. Hətta ən yaxşı hesab edilən süni uşaq qidaları da ana südünü əvəz edə bilməz. Ona görə də anasının südü az olan və ya olmayan usaqlarda allergiyanın inkişaf etmə təhlükəsi, ana südü ilə qidalanan uşaqlara  xeyli dərəcədə yüksək olur. Allergiyaya meylli olan uşaqları vaxtından əvvəl (5 ayından tez) əlavə qidalarla (sıyıqlar, meyvə və tərəvəzlər və s.) qidalandırmaq daha da təhlükəlidir.
Allergenlər tədricən bağırsaqlarda toplanmağa başlayır. Müəyyən bir vaxtdan sonra uşağın tam inkişaf etməmiş immun sistemi (bu sistem ancaq uşağın 5 yaşında tamam inkişaf olunur) onların öhdəsindən gələ bilmir və bu zaman allergiya inkişaf edir.
Böyük yaşlı uşaq orqanizmi bəzi hallarda qırmızı, sarı, bənövşəyi rəngli meyvələrə, yumurta sarısına, ət bulyonuna, balıq, şokolad, göbələk, bal, qoz və findıq, dəniz məhsulları, kəskin qida əlavələrinə dəridə allergik reaksiya ilə cavab verə bilər. 3-5 yaşa çatarkən uşaqların bir çoxunda diatez azalır, bəzən isə tamamilə yox olur. Bu zaman uşaq öz diatezini "yaşı ilə keçdi" deyirlər. Belə uşaqlarda adətən sonra nə qida məhsullarına, nə də digər fakrorlara qarşı allergik reaksiyalar baş vermir. Ancaq valideynlər diatezlərin müalicə olunmadan öz-özünə keçməsini gözləməməlidirlər.
Əlbəttə, diatez keçib gedə də bilər, ancaq müəyyən vaxt keçdikdən sonra onun daha ağır allergik xəstəliyə (hətta bronxial astmaya da) çevrilmək ehtimalı da az deyil! Ona görə də diatezin ilkin əlamətləri meydana çıxan kimi, uşağınızı mütləq həkim-allerqoloqa göstərmək lazımdır.
Həkim bəzi müayinələr (qanın analizi, dəridaxili sınaqlar) aparmaqla allergiyanın səbəbini müəyyən edəcək. Belə xəstələrin müalicəsi uşaqları allergenlərlə təmasdan uzaqlaşdırmaq və onlar üçün hipoallergik məişət şəraiti yaratmaqdan ibarətdir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1165   Tarix: 12 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qaşların formalari geymler 2026 yemek reseptleri makaronlar içkilər ədəbiyyat testləri sağlamlığa aid atalar sözləri kosmetika xanım az kahfe kali atalar sözləri buga burcu bayatılarımızda vətən həsrəti